SOSİUM

Məktəbə hazırlıq qruplarına müəllimlər hazırlanır – AÇIQLAMA
26 AVQUST
420

Məktəbə hazırlıq qruplarına müəllimlər hazırlanır – AÇIQLAMA

2016-08-26 12:49:00

Təhsil nazirinin əmrinə əsasən, məktəbhazırlıq qruplarında dərs keçəcək müəllimlər üçün təlimçilərin hazırlanmasına başlanılıb. Təhsil Nazirliyindən fins. Az-a verlən xəbərə görə, təlim-məşğələləri məktəbəqədər təhsil üzrə ekspertlər və səriştəli psixoloq aparır.

Təlim 36 akademik saatlıq proqram əsasında 6 gün davam edəcək. Təlimlərdə ölkə üzrə seçilmiş 150 nəfər ali təhsilli müəllimin iştirakı nəzərdə tutulur. Qeyd edək ki, “Təlimçi hazırlığı” proqramı Təhsil İşçilərinin Peşəkar İnkişafı İnstitutunda UNICEF-in maliyyə və metodiki dəstəyi ilə keçirilir.

Təlimlərdə iştirak üçün 500 nəfərdən çox müəllim müraciət edib. Onlardan yalnız 200 nəfər müəllim müsahibəyə dəvət olunub. Artıq 90 nəfəri müsahibə komissiyasının müsbət rəyini alıb və təlimlərə qoşulub.

Nazirlikdən bildiriblər ki, “Təlimçi hazırlığı” poqramı üçün iştirakçı seçimi müsahibələri davam edir. Növbəti həftə ərzində daha 60 müəllimin yeni qruplarda təlimlərə qoşulması planlaşdırılır. Bu proqramı uğurla başa vuran müdavimlərə təlimçi sertifikatı veriləcək və onlar ölkənin ümumtəhsil məktəblərinin məktəbəhazırlıq qruplarında dərs deyəcək müəllimlərin təlimatlandırılmasına cəlb olunacaqlar.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
+12°C
  • $ USD
    1.7339
  • € EUR
    1.8516
  • ₽ RUB
    0.0272