SOSİUM

Əhali həkimlərdən razıdırmı? – SORĞU NƏTİCƏLƏRİ
25 AVQUST
187

Əhali həkimlərdən razıdırmı? – SORĞU NƏTİCƏLƏRİ

2016-08-25 14:05:00

Son vaxtlar səhiyyə sahəsində baş verən qalmaqallar fonunda Bakı sakinlərinin həkimlərə münasibəti açıqlanıb. Fins.az xəbər verir ki, ACT Azərbaycan 17-21 iyul tarixlərində Bakı şəhərində bu barədə sorğu keçirib. Həmin nəticələri təqdim edirik.

Sorğu nəticəsində məlum olub ki, respondentlərin 59%-i son bir ildə həkimə müraciət edib.  Müraciət edənlərin 78%-ni xəstəlik səbəbindən, 34%-ni isə profilaktik yoxlama məqdəsilə gedənlər təşkil edib. 76% respondent bunun üçün dövlət xəstəxanalarına, 56% isə özəl klinikalara üz tutub.

 Xəstələrin ən çox müraciət etdiyi həkimlərin top beşliyinə stomatoloq (26.4%), ginekoloq (22.4%), terapevt (20%), kardioloq (14%) və nevropatoloq (13%) daxildir.  

Xəstələrin ən az müraciət etdiyi sahələr isə dermatologiya (0,8%), onkologiya (0,2%) və pediatriyadır (0,2%). 

Respondentlərin 2.3 %-i tibb ocaqlarının UZİ, 5.6 % labratoriya, 0.5%-i isə fizioterapiya kimi xidmətlərindən yararlanıblar.  

Rəyi soruşulanların  70%-i onlara göstərilən tibbi xidmətdən razı qaldıqlarını  bildiriblər. Həkimlərdən və göstərdikləri xidmətlərindən tamamilə narazı qalanlar isə 29% təşkil edib. 

Respondentlərin 62.5 %-in fikrinə görə Bakıda yerləşən tibb ocaqlarında yüksək səviyyədə tibbi xidmət almaq mümkündür. 25.3 % isə bu fikirlə razılaşmayıb.

Sağlamlıq problemləri ilə xaricə üz tutanların faizi isə 7-dir. Xaricdə şəfa axtaranlar əsasən  Türkiyə (31 %), Rusiya (22.2 %), Iran (13 %), Almaniya (9 %) kimi ölkələrə getməyi üstün tuturlar. 

Sorğu 17-21 iyul tarixləri arasında Bakı şəhərində 400 respondent arasında telefon vasitəsilə həyata keçirilib.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
+12°C
  • $ USD
    1.7339
  • € EUR
    1.8297
  • ₽ RUB
    0.0270