SOSİUM

Sosial şəbəkələrdən gələn daha bir təhlükə-AÇIQLAMA
24 AVQUST
360

Sosial şəbəkələrdən gələn daha bir təhlükə-AÇIQLAMA

2016-08-24 19:15:00

Sosial şəbəkələrdə şəxsi hesaba malik olan və onlara xas olmayan xüsusiyyətlər nümayiş etdirməyə çalışan insanlar stress keçirir və təcrid olunmuş həyat tərzi sürürlər. Fins.az xəbər verir ki, Tasmaniya Universitetinin alimləri “Facebook” sosial şəbəkəsində apardıqları araşdırmadan sonra belə qənaətə gəliblər.

Alimlərin sözlərinə görə, onların məqsədi sosial şəbəkədə öz alter-eqosundan istifadə zamanı yaranan vəziyyəti qiymətləndirmək olub. Onlar istifadəçilərin həqiqi və virtual şəxsiyyətlərini, sosial bağlılıq dərəcəsini və psixoloji rifahını, eləcə də həyəcan, stress və depressiya səviyyəsini müqayisə ediblər. Araşdırmada 164 nəfər iştirak edib.

Hazırda planet əhalisinin sayı 7.4 milyard nəfər, “Facebook”un aktiv istifadəçilərinin sayı isə təxminən 1,7 milyard nəfərdir. Alimlər belə hesab edirlər ki, əgər sosial-psixoloji problemləri olan insanlara özlərini həm real həyatda, həm də “Facebook” sosial şəbəkəsində eyni cür aparmağa imkan verən metod hazırlanarsa, bu, stressin səviyyəsini azaltmış olar.

 

 

Mənbə: AZƏRTAC

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
+12°C
  • $ USD
    1.7430
  • € EUR
    1.8487
  • ₽ RUB
    0.0275