SOSİUM

Olimpiya medalları nədən hazırlanıb?
24 AVQUST
400

Olimpiya medalları nədən hazırlanıb?

2016-08-24 10:37:00

Rio Olimpia Oyunlarının qaliblərinə təqdim olunan qızıl medallar əslində gümüşdən hazırlanıb. Fins.az xarici mətbuata istinadən xəbər verir ki, ali mükafat 98.8% gümüşdən ibarətdir. Medalda qızıl olan yalnız onun üst örtüyüdür, bu da medalın ümumi çəkisinin (500 q) 6 qramını təşkil edir. Lakin onun dəyəri yenə də kifayət qədər yüksəkdir – 548 dollar!

Əgər bu il Riodakı Yay Olimpiya Oyunlarında təqdim olunmuş 812 ədəd qızıl medalın hamısı təmiz qızıldan hazırlansaydı, təşkilatçılar tək medalların istehsalına rekord məbləğ – 17.6 milyon dollar xərcləməli idilər. 

Qarafik:

Olimpiya medalları əslində nədən hazırlanıb?

  •         Qızıl medal – 1.2% qızıl (1 q-dan bir az çox) / 98.8% gümüş (494 q)
  •         Gümüş medal – 100% gümüş (500 q)
  •         Bürünc medal – 5% sink (25 q) / 95% mis (475 q)

 

Medallar neçəyədir?

Qızıl medal – 548 dollar

Gümüş medal – 292 dollar

Bürünc medal – 2.16 dollar

 

Əgər qızıl medal tamamilə əsl qızıldan olsaydı

1 medal                                  812 medal

Çəkisi 1 q-dan bir az                     548 dollar                                           445.130 dollar

çox olan adi

qızıl medalın qiyməti

 

Təmiz qızıldan hazırlanmış                 21.674 dollar                                      17.599.182 dollar

(500 q) medalın qiyməti

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
+12°C
  • $ USD
    1.7369
  • € EUR
    1.8716
  • ₽ RUB
    0.0274