SOSİUM

Azərbaycanın neçə qızıl olimpiya medalı var?
23 AVQUST
320

Azərbaycanın neçə qızıl olimpiya medalı var?

2016-08-23 11:37:00

Olimpiya Oyunları tarixinin ümumi medal siyahısı açıqlanıb. 1896-cı ildə start götürən yarışların 120 illik tarixinin ümumi siyahısında 15 min 689 medalın sahibi yer alıb. 

Bu mükafatlardan 5116-sı qızıl, 5082-si gümüş, 5491-i bürüncdü. İndiyədək 149 ölkə Olimpiya medalı əldə edib. Bunlardan 109-u çempionluq sevinci də yaşayıb. Amma bu ölkələrdən bəziləri (SSRİ, Yuqoslaviya, ADR, MDB və s.) artıq mövcud deyil. 

Yay Olimpiya Oyunlarında 1996-cı ildə debüt edən Azərbaycan müstəqillik illərində əldə etdiyi medallarla siyahıya düşüb. İdmançılarımızın hesabında 44 medal var. Millimiz 6 yarışda 7 qızıl, 12 gümüş və 25 bürünc mükafat əldə edib. 

Medalların əyarı baxımından Azərbaycan ümumi siyahıda 58-ci pillədə qərarlaşıb. Təbii ki, öndə qərarlaşan ölkələrin də bir qismi artıq tarixin yaddaşına köçüb. Sabiq SSRİ təmsilçiləri arasında 8-ci olan Azərbaycan Rusiya, Ukrayna, Qazaxıstan, Belarus, Özbəkistan, Estoniya və Gürcüstandan geri qalır. 

Siyahıya isə ABŞ başçılıq edir. 1000-ci qızılını Rio-2016-da qazanan amerikalılar 794 gümüş, 704 bürünc əldə edib. 27 Olimpiadada çıxış edən şimali amerikalılar cəmi 2520 mükafat əldə edib. 2-ci pillədə 9 yarışa qatılan SSRİ, 3-cü pillədə isə 28 Olimpiadanın iştirakçısı olan Böyük Britaniya qərarlaşıb.

Mənbə: APA

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
+12°C
  • $ USD
    1.7430
  • € EUR
    1.8487
  • ₽ RUB
    0.0275