SOSİUM

Bakıda 7 beynəlxalq sərgi keçiriləcək
22 AVQUST
169

Bakıda 7 beynəlxalq sərgi keçiriləcək

2016-08-22 11:46:00

Cari ilin payız mövsümündə Bakıda 7 beynəlxalq sərgi keçiriləcəkdir. Bu mövsümün bütün sərgiləri öz məzmunlarına görə Azərbaycan iqtisadiyyatının qeyri-neft sektorunu əks etdirəcək. Payız sərgi təqviminə

Azərbaycan beynəlxalq “Səhiyyə” “BIHE”,

“Stomatologiya” “Stomatology Azerbaijan”,

“Gözəllik və Estetik tibb” “Beauty Azerbaijan”,

“İnşaat” “BakuBuild”,

“İstilik, havalandırma və kondisiyalaşdırma sistemləri” “AquaTherm Baku”,

“Mühafizə, Təhlükəsizlik və Xilasetmə vasitələri” “CIPS Securika”, və

İKT “Bakutel” sərgiləri daxildir.

Sözügedən sərgilər Bakı Ekspo Mərkəzində keçiriləcək. Bütün sərgilər Azərbaycan Respublikasının dövlət strukturlarının rəsmi dəstəyi ilə keçirilir. Beynəlxalq ittifaqlar və ixtisaslaşmış assosiasiyaların dəstəyi ilə bir sıra layihələr həyata keçiriləcək. Sərgilərin təşkilatçıları qismində “Iteca Caspian” və onun tərəfdaşı Böyük Britaniyanın “ITE Group” şirkəti çıxış edir.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
+12°C
  • $ USD
    1.7430
  • € EUR
    1.8487
  • ₽ RUB
    0.0275