SOSİUM

Azərbaycan Rio-2016da – NƏTİCƏLƏR
22 AVQUST
288

Azərbaycan Rio-2016da – NƏTİCƏLƏR

2016-08-22 10:54:00

Braziliyanın Rio-de-Janeyro şəhərində keçirilən XXXI Yay Olimpiya Oyunları başa çatıb. 

Rioda himni səslənən ölkələr sırasında Azərbaycan da yer alıb.
Millimizin heyətində taekvondoçu Radik İsayev (+80 kq) birinci, cüdoçular Rüstəm Orucovla (73 kq), Elmar Qasımov (100 kq), güləşçilər Toğrul Əsgərov (65 kq), Xexaq Qazyumovla (97 kq), Mariya Stadnik (48 kq), boksçu Lorenzo Sotomayor (64 kq), kanoeçi Valentin Demyanenko (200 m) ikinci, taekvondoçular Patimat Abakarova (49 kq) ilə Milad Beiqi Harçeqani (80 kq), boksçu Kamran Şahsuvarlı (75 kq), güləşçilər Rəsul Çunayev (66 kq), Sabah Şəriəti (130 kq), Nataliya Sinişin (53 kq), Hacı Əliyev (57 kq),Cəbrayıl Həsənov (74 kq), Şərif Şərifov (86 kq), kayakçı İnna Osipenko-Radomskaya (200 m) isə üçüncü yeri tutub.
 
Yığmamız bu nəticə ilə mükafat qazanan ölkələr arasında 39-cu pillədə qərarlaşıb. Sabiq SSRİ ölkələri sırasında Rusiya, Özbəkistan, Qazaxıstan, Ukrayna və Gürcüstandan geri qalmışıq. Medal sayına görə siyahıda isə 15-ci yerdəyik və yalnız Rusiya bizdən öndədi.
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
+12°C
  • $ USD
    1.7430
  • € EUR
    1.8487
  • ₽ RUB
    0.0275