SOSİUM

Ağıllı insanlar necə fərqlənirlər?
21 AVQUST
763

Ağıllı insanlar necə fərqlənirlər?

2016-08-21 22:05:00

Ağıllı insanların həyata və özlərinə münasibəti də fərqli olur. Onların hadisələri dəyərləndirmə bacarığı, təhlili, fərqli aspektlərdən yanaşması xarakterlərinin güclü tərəfləri ilə bağlıdır.

Milli.Az pahoo.az-a istinadən sizə yüksək intellektə sahib olan insanların 4 fərqli xüsusiyyətini təqdim edir. Əgər sizdə də bu xüsusiyyətlər varsa, deməli həyatda bir neçə addım öndəsiniz.
 
Özləri üçün xüsusi zaman ayırırlar
 
Ağıllı insanlar həyatın bütün depressiv və mənfi tərəflərini dərk etsələr də, bu, onları həyatdan soyumağa doğru itələmir. Onlar gün ərzində bəzi anları sırf özlərinə sərf edərək, irili-xırdalı təhlillər aparır, bəzən isə sadəcə ətraf aləmi müşahidə edərək beyinlərinin istirahət etməsinə şərait yaradırlar. 
 
Kumirlərə, pərəstiş etmək üçün hər hansı bir insana ehtiyac hiss etmirlər
 
Ağıllı insanlar müasir günün məşhurlarına oxşamaq ehtiyacı qətiyyən hiss etmirlər. Onlar üçün kumir yoxdur. Öz daxili güclərini dərk edir və insanların bacarıqlarına hörmət edirlər. Bacarıqlarına hörmət etdikləri insanları dəstəkləyir, lakin heç bir halda onları ideallaşdırmır, istənilən mövzuda öz fikirlərini açıq-aydın bəyan edə bilirlər. 
 
Dəbdə olan idealları sorğulayırlar
 
Gözəllik, dəb, ağıl, biznes... Hər dövrün özünə uyğun standartları mövcud olur. Adətən cəmiyyətin 80-90 faizi tərəfindən qəbul edilən bu anlayışları ancaq ağıllı insanlar sorğulayır, tənqid etmək cəsarətinə sahib olur və bir çox hallarda isə qəbul etmirlər. Onların özünəməxsus standartları var və hər kəsin də şəxsi standartlarının olmasının tərəfdarıdırlar. 
 
Daima öyrənmək "aclığ"ı hiss edirlər
 
Ağıllı insan dərk edir ki, insan ömrü boyu - sağlamlığı buna icazə verdiyi qədər oxumalı və öyrənməlidir. Kitablar, araşdırmalar, internet aləminin bizə bəxş etdiyi saysız-hesabsız resurslar da bunun üçün inanılmaz böyük imkanlar yaradır. Daima oxuyan insanlar daima yenilənirlər və hər zaman özlərini gənc hiss edirlər.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
+12°C
  • $ USD
    1.7369
  • € EUR
    1.8625
  • ₽ RUB
    0.0272