SOSİUM

Yanğının miqyası böyüyüb -ŞAMAXIDA
18 AVQUST
254

Yanğının miqyası böyüyüb -ŞAMAXIDA

2016-08-18 19:27:00

Şamaxı rayonunun Şərədil kəndi ərazisində başlayan yanğının miqyası böyüyüb. Fins.az-ın Trend-ə istinadən xəbərinə görə, bu barədə hadisə şahidləri məlumat verib.

Məlumatda bildirilib ki, əvvəlcə kəndin ərazisindəki örüş sahəsində başlayan yanğın qısa zamanda genişlənib və artıq meşə zolağına keçib.

Hazırda Şamaxı və Ağsu rayon Yanğından Mühafizə xidmətlərinin əməkdaşları yanğının söndürülməsinə cəlb olunub.

 Artıq Ağsu dolaylarına yaxın olan meşə zolağında da yanğın başlayıb. Yanğının qarşısının alınması üçün tədbirlər davam etdirilir. 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
+12°C
  • $ USD
    1.7430
  • € EUR
    1.8487
  • ₽ RUB
    0.0275