SOSİUM

Sabaha olan – HAVA PROQNOZU
17 AVQUST
347

Sabaha olan – HAVA PROQNOZU

2016-08-17 14:09:00

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentinin avqustun 18-nə olan məlumatına görə:

Bakıda və Abşeron yarımadasında

hava şəraitiyağmursuz keçəcək. Şimal küləyi gündüz cənub-şərq küləyi ilə əvəz olunacaq. Havanın temperaturunun gecə  22-26, gündüz  31-36, Bakıda gecə 24-26, gündüz 33-35 dərəcə isti olacağı gözlənilir.

Atmosfer  təzyiqi 756 mm civə sütunu təşkil edəcək.

Nisbi rütubət gecə 70-80, gündüz  35-45 faiz olacaq.               

Abşeron çimərliklərində dəniz suyunun temperaturunun Sumqayıt, Novxanı, Pirşağı, Nardaran, Bilgəh, Zaqulbada 24-25, Buzovna, Mərdəkan, Şüvəlanda  25-26, Türkan, Hövsan, Sahil, Şıxda  27-28 dərəcə isti olacağı gözlənilir 

Azərbaycanın rayonlarında

hava şəraiti əsasən yağmursuz keçəcək.  Şərq küləyi əsəcək.

Havanın temperaturunun gecə 20-25, gündüz  33-38,  dağlarda gecə 15-20, gündüz  22-27 dərəcə isti olacağı gözlənilir.

Tibbi-meteoroloji proqnoz

Avqustun 18-19-da Abşeron yarımadasında günorta saatlarında isti temperatur diskomfortu meteohəssas insanlar üçün əlverişsizdir.

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
+12°C
  • $ USD
    1.7339
  • € EUR
    1.8651
  • ₽ RUB
    0.0271