SOSİUM

Azərbaycanda 50 müəllim Gülənə görə işdən çıxarıldı – QAFQAZ UNİVERSİTETİNDƏ
17 AVQUST
780

Azərbaycanda 50 müəllim Gülənə görə işdən çıxarıldı – QAFQAZ UNİVERSİTETİNDƏ

2016-08-17 10:24:00

Qafqaz Universitetindən 50-yə yaxın Türkiyə vətəndaşı olan müəllim vəzifəsindən azad olunub.

Fins.az “Qafqazinfo”-ya istinadən xəbər verir ki, bu barədə universitetin müvəqqəti rektoru Elmar Qasımov əmr imzalayıb.

E. Qasımov açıqlamasında faktı təsdiqləyib. O bildirib ki, türk müəllimlərlə bağlanmış əmək müqaviləsinin müddəti bitib və vaxtı uzadılmayaraq xitam verilib: “Onların arasında professorlar, kafedra müdirləri, dekanlar var. Həmin müəllimlər bu ayın sonuna kimi ölkələrinə qayıdacaqlar. Müqaviləsinə xitam verilən müəllimlərin yerinə yerli kadrlar təyin olunub”.

Qeyd edək ki, Qafqaz Universiteti müvəqqəti olaraq Bakı Ali Neft Məktəbinin nəzarətinə verilib.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
+12°C
  • $ USD
    1.7339
  • € EUR
    1.8651
  • ₽ RUB
    0.0271