SOSİUM

“ASAN peşə” layihəsi üzrə qeydiyyatdan keçənlərin sayı – AÇIQLANDI
16 AVQUST
297

“ASAN peşə” layihəsi üzrə qeydiyyatdan keçənlərin sayı – AÇIQLANDI

2016-08-16 12:34:00

2016-2017- ci tədris ili üzrə ilk peşə-ixtisas təhsili müəssisələrinə şagird qəbulu çərçivəsində  1 070 nəfər qeydiyyatdan keçib. Bu barədə fns.az-a Təhsil Nazirliyindən (TN) məlumat verilib

Bildirilib ki, peşə məktəblərində təhsil almaq istəyənlərin qeydiyyatı avqustun 11-dən etibarən Bakı və Gəncədə fəaliyyət göstərən “ASAN xidmət” mərkəzlərində aparılır. Qeydiyyat avqustun 26-da başa çatacaq.

Xatırladaq ki, TN-nin “ASAN xidmət”lə birgə keçirdiyi  “ASAN peşə” layihəsi, ilk növbədə, pilot olaraq Bakı və Gəncə şəhərlərində reallaşdırılır.

Dövlət vəsaiti hesabına 2016-2017-ci tədris ili üzrə Bakı şəhərindəki 26 dövlət ilk peşə-ixtisas təhsili müəssisəsinə 3580, Gəncə şəhərindəki 6 dövlət ilk peşə-ixtisas təhsili müəssisəsinə 600 şagird qəbulu nəzərdə tutulub.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
+12°C
  • $ USD
    1.7369
  • € EUR
    1.8625
  • ₽ RUB
    0.0272