SOSİUM

“Vergi Uçotu” təlimi - qeydiyyat açıq elan edildi
16 AVQUST
182

“Vergi Uçotu” təlimi - qeydiyyat açıq elan edildi

2016-08-16 12:13:00

Təlim proqramı Azərbaycan Respublikasının vergi qanunvericiliyinə uyğun təşkil edilmiş vergi uçotunun prinsip və qaydalarını, vergi bəyannamələrin hazırlanmasını və vergi qanunvericiliyinin tələblərinin mühasibat uçotunda əks etdirilməsini əhatə edir.

Təlimin başlama tarixi: 15 sentyabr 2016 - cı il Dərs günləri: Bazar ertəsi və cümə axşamları Vaxt: 1) Bazar ertəsi: 19:30 – 21:30 2) Cümə axşamı 19:30 – 21:30

Təlim proqramını dinləmiş şəxslər a) vergi uçotunda hesablar planının strukturu, b) vergi bəyannamələrin elementləri, strukturu və tərtib edilməsi qaydaları, c) təsərrüfat subyektlərin gündəlik fəaliyyətlərində istifadə edilən əsas iqtisadi əməliyyatların nəzəri bazası və onların vergi uçotu sistemində düzgün əks etdirilməsi, e) təsərrüfat subyektlərin iqtisadi fəaliyyətinə birbaşa aid edilən Azərbaycan Respublikasının müvafiq qanunvericiliyinin (vergi, əmək, mülki və s.) təsiri və vergi uçotu sistemində və vergi bəyannamələrində düzgün əks etdirilməsi ilə tanış olacaqlar və bunlarla bağlı müvafiq bilikləri əldə etmiş olacaqlar.

Tədris dili: Azərbaycan dili Təlimin müddəti(saat): 30 saat Təlimin ümumi qiyməti – 270 AZN * Fiziki şəxslər üçün hissəli ödəniş mümkündür. Təlimçi: Zöhrab Səfərovhttp://cmtc.gov.az/az/telimciler/10

Təlim haqqında daha ətraflı məlumat əldə etmək və həmçinin qeydiyyatdan keçmək üçün aşağıdakı linkdən istifadə bilərsiniz: http://cmtc.gov.az/az/vergi-ucotu

Yekunda iştirakçılar sertifikatla təmin olunacaq!

Alternativ olaraq bizimlə aşağıdakı vasitələrlə əlaqə saxlayın: (+994)12 498 16 77 (+994)70 272 99 79 (+994)55 672 99 79 info@cmtc.gov.az cmtc.gov.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
+12°C
  • $ USD
    1.7430
  • € EUR
    1.8487
  • ₽ RUB
    0.0275