Ali təhsil müəssisələrinin və AMEA-nın magistraturalarının boş qalan plan yerlərinə keçirilən müsabiqənin nəticələri elan olunub.
Fins.az-ın məlumatına görə, müsabiqənin nəticələri TQDK-nın internet saytında yerləşdirilib.
Bakalavrlar qəbulun nəticələrini iş nömrələrini 7727 nömrəsinə göndərməklə də öyrənə bilərlər.
Qəbul olan bakalavrların siyahısı, müsabiqə nəticəsində formalaşmış keçid balları avqustun 16-da “Magistr” jurnalının 7-ci sayında dərc olunacaq.
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır