SOSİUM

İngiliscə bilmədiyiniz üçün əlinizdən qaçan 7 fürsət
15 AVQUST
557

İngiliscə bilmədiyiniz üçün əlinizdən qaçan 7 fürsət

2016-08-15 17:02:00
Dünyada 400 milyon insanın ana dili olan, 1.5 milyard insanın isə fərqli səviyyələrdə danışdığı bu dilin həyatınız üçün 7 əhəmiyyətini topladıq.

1. İnternetdə yerləşən kontentlərin 50%-i ingiliscədir.

İnternetdə yerləşən kontentlərin 50%-i ingiliscədir.
İnternetdə yerləşən kontentlərin 50%-i ingiliscədir.

Buraya incəsənətdən tutmuş elmi məqalələrə qədər hər şey aiddir və bunların əksəriyyəti pulsuzdur. Özünüzə kapital qoymaq üçün ən ideal vasitə ingilis dilidir. Çünki ingiliscə öyrənərək bir çox pulsuz saytların video dərsləri və materiallarından istifadə edə bilərsiniz.

Onlardan bəziləri: 

- Coursera : Dünyanın ən məşhur univeristetlərin kurslarını online, pulsuz götürə biləcəyiniz sayt.

- KhanAcademy : İbtidai fənlərdən akademik mövzulara qədər geniş sahəni əhatə edən portal.

- TEDx : Qazanc məqsədi güdməyən konfrans saytı

- w3schools : html/css , javascript öyrənmək üçün mükəmməl bir sayt. Dünyadakı demək olar ki, bütün php html kitabları bu saytdan hazırlanır və s.

2. Səyahət üçün xarici pasportdan daha çox ingiliscəyə ehtiyacınız var.

Səyahət üçün xarici pasportdan daha çox ingiliscəyə ehtiyacınız var.
Səyahət üçün xarici pasportdan daha çox ingiliscəyə ehtiyacınız var.

Dünya üzərində 88 ölkənin rəsmi olaraq dili ingiliscə olsa da, 100-dən artıq ölkədə ingiliscə danışılır. İngiliscə bilməklə, insanlarla rahat kommunikasiyaya girə, gedə biləcəyiniz yerləri rahatlıqla tapa bilərsiniz. Həmçinin, yeni dostluqlar qazanma imkanı da yaranır. Kim bilir, bəlkə də bir gün həyatınızı dəyişəcək faktor olacaq.

3. Filmləri və kitabları orijinal dilində izləyin və oxuyun

Filmləri və kitabları orijinal dilində izləyin və oxuyun
Filmləri və kitabları orijinal dilində izləyin və oxuyun

İngilis dili digər mədəniyyətləri olduğu kimi qavramanıza yardımçı olacaqdır. Amerikan və Britaniya filmlərini orijinal dilində izlədikdən sonra, dublyaj olunmuş filmlə arasındakı keyfiyyət fərqini anlayacaqsınız. Və ya Şekspiri tərcümə edən azərbaycanlı tərcüməçi onu ifadə etməkdə nə qədər uğurlu ola bilər sizcə?

4. Kariyeranızı irəliyə daşıyın.

Kariyeranızı irəliyə daşıyın.
Kariyeranızı irəliyə daşıyın.

İşiniz hər nə olursa olsun, kariyeranızı irəliyə aparmaq üçün edə biləcəyiniz ən ideal yatırımlardan biri də ingiliscə öyrənməyinizdir. Əgər lokal bazarda ilişib qalmaq istəmirsinizsə, iş üçün səyahət edəcəksinizsə, ingiliscə öyrənmək sizin üçün vacibdir. Məsələn, Avropa Sərbəst Ticarət Birliyindəki ölkələrdən heç birinin rəsmi olaraq dili ingiliscə olmasa da, ortaq dil kimi ingiliscə istifadə olunur.

Digər üstünlükləri:

-         Şirkətinizdə vəzifə artımı məsələniz asanlaşar.

-         Beynəlxalq şirkətlərdə yaxşı maaş və vəzifə qazana bilərsiniz.

-         Sizi daha məhsuldar hala gətirər. Yuxarıda da qeyd etdiyimiz kimi, ingiliscə informasiyalar sizi yeniliklərə doğru aparar(bir çox professional təlim və seminarlar ingiliscə təşkil olunur.) və şirkətiniz üçün əvəzolunmaz kadra çevrilə bilərsiniz.

5. İngiliscə öyrənmək özünüzə olan inamı artıracaq.

İngiliscə öyrənmək özünüzə olan inamı artıracaq.
İngiliscə öyrənmək özünüzə olan inamı artıracaq.

İngiliscə öyrənmək faydalı bir təcrübə olmaqla yanaşı, özünüzə olan inamı gücləndirən bir amil olacaqdır. Psixoloji olaraq 2 dil bilmək, şəxsiyyətinizi tanımağa, qorxu və şübhələrinizlə üzləşib onların öhdəsindən gəlməyə imkan yaradacaqdır. Bunlardan əlavə, getdiyiniz məkanlarda, "LAMPROPHONY", "NUDIUSTERTIAN" ,"SALOPETTES" kimi az bilinən ingiliscə sözləri "native speaker" kimi işlədib insanları özünüzə cəlb edə bilərsiniz :)

6. Beyninizin gücünü artırın.

Beyninizin gücünü artırın.
Beyninizin gücünü artırın.

Torontoda yerləşən York Universitetinin araşdırmalarına əsasən, ana dilindən başqa bir dil daha bilən şəxslər riyaziyyat, oxuma və lüğət kateqoriyalarında monolinqual şəxslərdən daha uğurlu nəticələr əldə edib. Bunun səbəbi, insan yeni bir dil öyrənən zaman, beynin prosesləri analiz edən bölgəsində beyin əzələlərini məşq ilə inkişaf etdirməsidir.

7. Təhsilinizi xarici ölkələrin prestijli universitetlərində davam etdirməyə imkan yaradacaq.

Təhsilinizi xarici ölkələrin prestijli universitetlərində davam etdirməyə imkan yaradacaq.
Təhsilinizi xarici ölkələrin prestijli universitetlərində davam etdirməyə imkan yaradacaq.

Niyə də bir neçə illik Amerikaya gedib orda təhsil almayasınız? Və ya təhsilinizi bitirib Almaniyada xəyallarınız olan işdə çalışmayasınız? Hər nə istəyirsinizsə, ingiliscə bilmək sizin üçün dünyanı kiçildəcək və sizə ömürboyu üstünlüklər gətirəcəkdir.

QEYD: Avropada əksər universitet xarici tələbələrin qəbulu üçün IELTS, Şimali Amerikada isə TOEFL sertifikatı tələb edir.

Mənbə: kenquru.com

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
+12°C
  • $ USD
    1.7430
  • € EUR
    1.8487
  • ₽ RUB
    0.0275