SOSİUM

Temperatur 3-5 dərəcə enəcək
13 AVQUST
335

Temperatur 3-5 dərəcə enəcək

2016-08-13 14:46:00

Avqustun 14-də Bakıda və Abşeron yarımadasında gözlənilən hava şəraiti günəşli olacaq. Ekologiya və Təbii Sərvətlər Nazirliyinin (ETSN) Milli Hidrometereologiya Departamentindən Fins.az-a verilən məlumata görə, şimal-qərb küləyi gündüz cənub-şərq küləyi lə əvəz olunacaq.

Havanın temperaturu gecə +24+27°C, gündüz +34+39°C, Bakıda gecə +25+27°C, gündüz +36+38°C olacağı gözlənilir. Atmosfer təzyiqi 758 mm civə sütunu təşkil edəcək. Nisbi rütubət gecə 70-80 %, gündüz 25-30 % təşkil edəcək.

Abşeron çimərliklərində dəniz suyunun temperaturu Sumqayıt, Novxanı, Pirşağı, Nardaran, Bilgəh, Zaqulbada +26+27°C, Buzovna, Mərdəkan, Şüvəlanda +27+28°C, Türkan, Hövsan, Sahil, Şıxda +29+30°C isti olacağı gözlənilir Azərbaycanın rayonlarında hava şəraiti əsasən yağmursuz olacaq. Şərq küləyi axşam qərb küləyi ilə əvəz olunacaq, arabir güclənəcək. Havanın temperaturu gecə +21+26°C, gündüz +35+40°C, bəzi yerlərdə +42°C, dağlarda gecə +16+21°C isti, gündüz +28+33°C olacağı gözlənilir.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
+12°C
  • $ USD
    1.7339
  • € EUR
    1.8516
  • ₽ RUB
    0.0272