SOSİUM

Azərbaycanda işsizlərin sayı açıqlandı-STATİSTİKA
13 AVQUST
266

Azərbaycanda işsizlərin sayı açıqlandı-STATİSTİKA

2016-08-13 12:07:00

2016-cı il avqustun 1-i vəziyyətinə ilkin məlumatlara əsasən iqtisadi fəal əhalinin sayı 4962,3 min nəfər olub. Fins.az APA-ya istinadən xəbər verir , onlardan 4716,5 min nəfərini iqtisadi əmək fəaliyyəti ilə məşğul olan əhali təşkil edib.

Dövlət Statistika Komitəsindən verilən məlumata görə, bu ilin iyulun 1-i vəziyyətinə muzdla işləyənlərin sayı 1521,1 min nəfər, o cümlədən iqtisadiyyatın dövlət sektorunda 889,7 min nəfər, qeyri-dövlət sektorunda isə 631,4 min nəfər təşkil edib. İqtisadiyyatın neft sektorunda 34,5 min nəfər, qeyri-neft sektorunda isə 1486,6 min nəfər çalışıb.

Müəssisə və təşkilatlarda muzdla çalışan işçilərin 22,8%-i məhsul istehsalı sahələrində, o cümlədən 6,9%-i emal sənayesində, 6,8%-i tikintidə, 3,1%-i kənd təsərrüfatı, meşə təsərrüfatı və balıqçılıq sahələrində, 2,2%-i mədənçıxarma sənayesində, 2%-i su təchizatı, tullantıların təmizlənməsi və emalı, 1,8%-i elektrik enerjisi, qaz və buxar istehsalı, bölüşdürülməsi və təchizatı sahələrində məşğul olub.

2016-cı il avqust ayının 1-i vəziyyətinə məşğulluq xidməti orqanları tərəfindən ölkə üzrə rəsmi işsiz statusu verilən şəxslərin sayı 35 min nəfər olub. Onların 37,7%-ni qadınlar təşkil edib.

İşsizliyə görə müavinətin orta məbləği 246,2 manat olub.

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
+12°C
  • $ USD
    1.7430
  • € EUR
    1.8487
  • ₽ RUB
    0.0275