SOSİUM

Azərbaycanlı narkomanların siyahısı yeniləndi – AÇIQLAMA
12 AVQUST
207

Azərbaycanlı narkomanların siyahısı yeniləndi – AÇIQLAMA

2016-08-12 16:09:00

2016-cı ilin ilk 6 ayında sərxoşluq hallarının bütün növlərinin təyini məqsədi 11 715 nəfər tibbi müayinədən keçirilib. Səhiyyə Nazirliyinin mətbuat xidmətindən fins. az-a verilən xəbərə görə, onlardan 478 nəfər narkotik vasitələrin istifadəsinə görə müayinə olunub.

Müayinə nəticəsində 243 nəfər yeni narkotik istifadəçisi aşkarlanıb və qeydiyyata götürülüb.

Bundan başqa, 6 ayda Ədliyyə Nazirliyi Respublika Narkoloji Mərkəzinə məhkəmə-narkoloji tibbi yoxlamadan keçmək üçün 1 107 nəfər göndərib. Ötən müddətdə 1 321 nəfər stasionar müalicəyə qəbul olunub. Onlardan 573 nəfəri alkoqol qəbulu nəticəsində psixi və davranış pozuntuları, 748 nəfəri opioidlərin qəbulu nəticəsində psixi və davranış pozuntuları diaqnozları ilə stasionar müalicəyə qəbul olunub.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
+12°C
  • $ USD
    1.7430
  • € EUR
    1.8487
  • ₽ RUB
    0.0275