SOSİUM

Kəskin istilər olacaq – NAZİRLİKDƏN XƏBƏRDARLIQ
11 AVQUST
1814

Kəskin istilər olacaq – NAZİRLİKDƏN XƏBƏRDARLIQ

2016-08-11 16:11:00

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentinin məlumatına görə ölkə ərazisində isti hava şəraiti davam edəcək. 

Bakıda və Abşeron yarımadasında                                                                                             

Avqustun 15-dək anomal isti hava şəraitinin davam edəcəyi,  maksimal temperaturun 35-39, bəzi günlərdə  41 dərəcə isti olacağı gözlənilir.

Azərbaycanın rayonlarında 

Avqustun 15-dək havanın maksimal temperaturu 35-40, Naxçıvan MR-da və Mərkəzi-Aran rayonlarının bəzi yerlərində 43, dağlıq  rayonlarda  29-34 dərəcə isti olacaq. 

Tibbi-meteoroloji xəbərdarlıq

Yaxın 3 gün ərzində Abşeron yarımadasında gözlənilən güclü isti temperatur, diskomfort şərait əksər əhali üçün əlverişsiz,  meteohəssas insanlar üçün isə çox əlverişsizdir. Uzun müddət açıq havada olmaq məsləhət deyil.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
+12°C
  • $ USD
    1.7339
  • € EUR
    1.8297
  • ₽ RUB
    0.0270