SOSİUM

Məktəblərdə yeni vəzifə olacaq – AÇIQLAMA
11 AVQUST
3952

Məktəblərdə yeni vəzifə olacaq – AÇIQLAMA

2016-08-11 10:42:00

Təhsil Nazirliyi və "ASAN xidmət" birgə yeni layihəyə başlayır. Nazirlikdən bildiriblər ki, təhsilin idarəedilməsinin təkmilləşdirilməsi məqsədilə “Məktəb müşavirləri xidməti” pilot layihəsinə start verib. Məktəb müşavirlərinin ilkin seçim mərhələsi “ASAN xidmət”də keçiriləcək. İlkin mərhələdə namizədlərin bilikləri test şəklində yoxlanılacaq, Seçilən namizədlər müsahibə mərhələsinə buraxılacaq. Seçimlərdə ictimai fəaliyyətdə aktiv iştirak edən, könüllü kimi müxtəlif proqramlarda çalışan, xarici dil biliklərinə yiyələnən namizədlərə üstünlük veriləcək.

Müsahibədən uğurla keçən namizədlər təlimə cəlb olunacaqlar. Təlimin sonunda qiymətləndirmə nəticələrinə əsasən seçilmiş namizədlər məktəb müşavirləri təyin ediləcəklər. Məktəb müşavirinin əsas vəzifələri müəllim və şagirdlər üçün təhlükəsiz mühit yaratmaq, ilk tibbi və psixoloji yardım göstərmək, mütəmadi olaraq şagird, valideyn, müəllim, təlim-tərbiyə müəssisələrinin kollektivi və rəhbərliyi ilə maarifləndirmə və diaqnostik işlərin aparılması olacaq.

Müşavirlər eyni zamanda hər bir yaş mərhələsində uşaqların hərtərəfli şəxsi keyfiyyətlərinin və intellektual inkişafının təmin edilməsi, onlarda özünütərbiyə və özünüinkişaf bacarığının formalaşdırılmasında iştirak etməlidirlər. Layihə ilk mərhələdə Bakı şəhərindəki 30 ümumi təhsil müəssisəsində həyata keçiriləcək. Gələcəkdə layihənin əhatə dairəsinin genişləndirilməsi nəzərdə tutulur.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
+12°C
  • $ USD
    1.7430
  • € EUR
    1.8487
  • ₽ RUB
    0.0275