SOSİUM

Təhsil Nazirliyi TQDK-dan istədiyi aldı- FƏRMAN
10 AVQUST
1373

Təhsil Nazirliyi TQDK-dan istədiyi aldı- FƏRMAN

2016-08-10 18:21:00

Dövlət İmtahan Mərkəzinin hüquqlarından biri ləğv edilib.  Fins.az APA-ya istinadən xəbər verir ki, bu, “Azərbaycan Respublikasının Dövlət İmtahan Mərkəzi publik hüquqi şəxsin yaradılması haqqında” Azərbaycan Respublikası Prezidentinin 2016-cı il 11 aprel tarixli fərmanında dəyişikliklər edilməsi barədə fərmanında əksini tapıb.

Dəyişikliyə əsasən, Azərbaycan Respublikasının Dövlət İmtahan Mərkəzi publik hüquqi şəxsin Nizamnaməsində əksini tapan Dövlət İmtahan Mərkəzinin qəbul imtahanlarının yekunlarına dair elmi-statistik təhlil aparmaq və nəticələrini Azərbaycan Respublikasının Prezidentinə və Təhsil Nazirliyinə təqdim etmək hüququ ləğv edilib.

Digər dəyişikliyə əsasən, Dövlət İmtahan Mərkəzinə fəaliyyət istiqamətlərinə uyğun rəy vermək, təhlillər və ümumiləşdirmələr aparmaq, analitik materiallar hazırlamaq, elmi tədqiqatlar aparmaq, fəaliyyət istiqamətlərinə uyğun olaraq dövlət informasiya sistemlərindən və ehtiyatlarından, o cümlədən “Giriş-çıxış və qeydiyyat” idarələrarası avtomatlaşdırılmış məlumat-axtarış sistemindən informasiya almaq və dövlət qulluğu sahəsində qanunvericiliyin təkmilləşdirilməsinə dair təkliflər vermək hüququ verilib.

Qeyd edək ki, indiyə qədər qəbul imtahanlarının yekunlarına dair elmi-statistik təhlil aparılması və nəticələrinin Prezidentə və Təhsil Nazirliyinə təqdim edilməsi Tələbə Qəbulu üzrə Dövlət Komissiyası (TQDK) və Təhsil Nazirliyi arasında mübahisələrə, ictimai müzakirələrə səbəb olub.

 TQDK-nın səlahiyyətləri Dövlət İmtahan Mərkəzinə verilib.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
+12°C
  • $ USD
    1.7339
  • € EUR
    1.8297
  • ₽ RUB
    0.0270