SOSİUM

Hər bir yetgin insanın bilməli olduğu 23 şey
10 AVQUST
482

Hər bir yetgin insanın bilməli olduğu 23 şey

2016-08-10 18:00:00

Həyat çox qəribədir. Yetginlik yaşınızda heç kəs sizə içərisində həyat üçün bütün lazımi bilik və qaydalar əks olunmuş bir kitab hədiyyə etməyəcək.

Siz özünüz anlamalısınız ki, xərclədiyinizdən daha çox qazanmaq lazımdır. Eyni zamanda iş müsahibəsinə rəngli qalın sviterdə getmək lazım deyil.

Buna görə də müasir dünyada sağ qalmaq üçün hər bir yetgin insanın bilməli olduğu bəzi bilik və bacarıqları diqqətinizə çatdırırıq:

1. Tənqidi qəbul etməyi bacarın

Bir çox insan onlara qarşı tənqidi yanaşmanı çətin qəbul edir. Lakin emosiyalarınızı boğaraq, sizə deyiləni eşitmək və bunun nəticəsində daha yaxşı iş görmək çox unikal bir bacarıqdır. Tənqid ədalətli və ya ədalətsiz ola bilər, ancaq qoyun buna zədələnmiş eqonuz yox, ağlınız qiymət versin.

2. Səmimi qəlbdən üzr istəyin

 

Hər bir kəs səhv edə bilər. Bu insanın təbiətindədir. Ancaq hər kəs səmimi qəlbdən üzr istəmək mədəniyyətinə sahib deyil.

Üzr say və ya həcmlə ölçülmür. Yaxşı və ya pis üzrxahlıq yoxdur. Əsas məsələ səmimi qəlbdən üzr istəməkdir. Bundan əlavə üzr istəyəndə siz qarşı tərəfə çatdırmalısınız ki, belə bir şeyin bir daha baş verməyəcəyi üçün əlinizdən gələni edəcəksiniz.

Aşağıdakı 6 mərhələ sizə düzgün üzr istəməyə yardımçı olacaq:

  1.      Üzr istəməyə tərəddüd etməyin.
  2.      Yalnız şəxsi görüş zamanı üzr istəyin.
  3.      Nə baş verdiyini başa salın.
  4.      Qarşı tərəfə başa salın ki, belə bir halın yenidən təkrarlanmaması üçün sizə əlinizdən gələni edəcəksiniz.
  5.      Üzr istəyin.
  6.      Mümkünsə, real əməllərlə üzr istəyin. 

3. Vaxtınızı düzgün dəyərləndirin

Çətin ki, şəxsi həyatınızda və ya iş yerinizdə tam problemsiz bir dövr olacaq. Bunun üçün siz mütləq vaxtınızı düzgün idarə etməyi bacarmalısınız. Əks halda siz daima özünüzü taqətsiz hiss edəcəksiniz.

Bir vaxt müddətində yalnız bir işlə məşğul olmaq vaxtın düzgün idarə edilməsinin əsas amillərindən biridir. Araşdırmalar sübut edir ki, eyni zamanda iki və ya daha artıq işi görmək qeyri-produktiv nəticələrə gətirib çıxarır. Çünki beyniniz bir işdən digərinə keçid etmək üçün enerji israf edir.

Eyni zamanda iş saatınızı məhdudlaşdırmaq da pis olmaz. Hələ on illər bundan öncə Henri Ford işçilərin həftədə 40 saatdan çox işlədikləri halda əmək məhsuldarlığının aşağı düşdüyü nəticəsinə gəlib. Digər araşdırmalar göstərir ki, həftədə 60 saat işləyən şəxslərin əmək məhsuldarlığı 3 həftədən sonra kəskin düşür.

4. “Yox” deməyi bacarın

Bir çox insan digərləri qarşısında pis olmamaq üçün “yox” deməkdən qorxur. Lakin sizin işinizin başınızdan aşıb-daşdığı zaman iş yoldaşınızın layihə üzrə hesabatın hazırlanmasında onə kömək xahişinə “Bəli. Əlbəttə.” cavabı heç də yaxşı variant deyil.

Bəlkə bu klişe kimi səslənəcək, amma vaxtında “yox”, deməklə vaxtınıza qənaət edəcəksiniz, lazımsız günah, artıq məsuliyyət və stress kimi hisslərdən azad olacaqsınız.

5. Özünüzü digərinin yerinə qoymağı bacarın

İnsan cəmiyyətində digərlərinin sevinc və ya kədər hisslərini paylaşmaq qabiliyyəti çox vacibdir. Bunu etməyi bacarmayan şəxslər çox vaxt Narsissizmdən əziyyət çəkirlər.

6. Bədən dilindən istifadə edin. Bədəniniz sizin haqqınızda sözlərdən əvvəl hər şeyi deyə bilər.

 

Mütəxəssislər xüsusi tövsiyələri əsasında siz bədən dili vasitəsi ilə ətrafdakıların simpatiyasını qazana bilərsiniz. Misal üçün gözünüzü həmsöhbətinizdən ayırmayın. Hətta o sözünü bitiribsə belə. Danışan zaman çalışın üzünüzə tez-tez toxunmayasınız. Toxunsanız bu, o deməkdir ki, ya siz yalan danışırsınız, ya da çox narahatsınız. 

Eyni zamanda siz digərlərinin bədən dilini oxumağı öyrənməklə ətrafınızdakı insanların nə düşünüb, nə hiss keçirdiklərini müəyyən edə bilərsiniz. Misal üçün əgər söhbət zamanı qarşınızdakı şəxs sizin mimikanı təkrarlayırsa demək söhbətiniz ona xoşdur. Əgər söhbət zamanı qarşınızdakı gülümsəyir, amma bu zaman göz altında qırışlar əmələ gəlmirsə demək gülüş sünidir.

7. Harada olduğunuzdan asılı olmayaraq, dost qazanmağa çalışın

 

Yetginlər aləmində dost qazanmağın ən yaxşı yolu ilk öncə səmimiyyətinizi göstərməkdir. Bunun nəticəsində qarşı tərəfdə inam yaranacaq və o, da cavab olaraq sizə qarşı səmimi olacaq. Araşdırmalar göstərir ki, bu cür “İlk addım” simpatiya yaradır, yaxın münasibət qurmağa kömək edir.

Dost qazanmağın daha bir sadə yolu dost olmaq istədiyiniz adamla (adamlarla) daha çox vaxt keçirməkdir. Əksər hallarda biz bizimlə eyni düşüncə sahibi ilə dostlaşmağa çalışırıq. 

8. Öz paltarınızı düzəltməyi bacarın

Siz özünüz öz paltarınızın düyməsini, corabınızdakı deşiyi tikməyi bacarmalısınəz. İynə ilə düzgün münasibət qursanız kifayət qədər pula qənaət etmiş olacaqsınız.

9. Heç olmasa əlavə bir xarici dil bilin

Xarici dili biliyi sizin üçün tamamilə yeni bir düşüncə tərzi açacaq. Bu vasitə ilə siz indiyənə qədər heç eşitmədiyiniz yerləri görüb və onların mədəniyyət və özəlliklərini anlaya biləcəksiniz.

10. Unutmayın ki, pulu saymaq lazımdır

Gəlirinizin xərclərinizdən artıq olduğuna hər zaman nəzarət edin.

Eyni zamanda gəlirinizin bir hissəsini “qara günə” saxlamağı da unutmayın. Çətin zamanlar üçün sizin hər zaman ehtiyyat pulunuz olmalıdır.

11. “Photoshop”-dan baza anlayışınız olsun

Hər hansısa bir şəklinizi bir az dəyişmək, onu bəzəyib ya da effekt vermək üçün əlavə insanlara müraciət etmək lazım deyil. Bu işi siz özünüz görə bilərsiniz. Proqramın baza funksiyalarını qavramaq elə də çətin deyil.

12. Təkliyinizdən həzz alın

Yetgin insan tək qalmaqdan qorxmamalıdır. Lazım gələrsə yetgin insan bir neçə gün tək qalmağı, daxili səsini eşitməyi bacarmalıdır.

13. İctimaiyyət qarşısına çıxış etməyi öyrənin

Geniş insan kütləsi qarşısında öz fikrinizi açıq və aydın şəkildə nəql etmək vacib bir bacarıqdır. Natiqlik qabiliyyətinizlə siz özünüzə qarşı diqqəti artıraraq, xoş təəssürat yarada bilərsiniz.

14. Danışıqlar sənətinə yiyələnin

Əgər siz əmək haqqınız barəsində danışıqlar aparırsınızsa bunu isə etmək lazım və vacibdir. Belə danışıqlarda sizin qalib tərəf çıxmağınız üçün siz təqribi alacağınız məbləğdən bir qədər çox istəməlisiniz. Məsələn əgər 70 min dollar alacaqsınızsa sizin istədiyiniz rəqəm 70-dən 80 minə qədər olmalıdır.

15. Sadə yeməkləri hazırlamağı öyrənin

Heç olmasa 5 sadə yeməyi bişirməyi öyrənin. Bütün bunları kulinariya kitabı olmadan bişirə bilsəniz istənilən yerdə kulinariya dahisi olacaqsınız.

16. Müzakirəyə qoşulmaq və onu davam etmək bacarığınız olmalıdır

Maraqlı söhbət açmaq bacarığı hələ heç kəsə maneə olmayıb. Danışıq mövzusu istər qadınlar, istərsə də konfrans zamanı biznes əlaqələrinin inkişafı olsun, siz hər birində söhbətə qoşulmağı və onu davam etdirməyi bacarmalısınız. Bu zaman əsas qaydalardan biri qarşınızdakı şəxsin söhbətinə öz marağınızı göstərərək, onun mövzunu maksimum geniş şəkildə danışmağına imkan yaratmaqdır. Daha bir qayda müzakirə zamanı həmsöhbətinizin müsbət cəhətlərini qeyd etməkdir. Bununla siz həm onun, həm də digərlərinin gözündə diqqətcil bir insan kimi tanınacaqsınız.

17. Kömək istəməkdən utanmayın

Kömək istəməkdə heç bir ayıb şey yoxdur. Ələxsus da iş mühitində. Əksər tədqiqatçıların fikrinə görə kömək istəməklə siz həmkarlarınız arasında əlavə hörmət qazana bilərsiniz. O baxımdan ki, sizə onların da fikri vacibdir deyə siz onlardan yardım istəyirsiniz.

18. Əks cinsin nümayəndələrilə qorxmadan tanış olun

Əksər insanlar üçün bəyəndikləri digər insana yaxınlaşaraq, münasibət qurmaq zülmə bərabərdir. Lakin bu sahə üçün də müəyyən metodlar var ki, onların tətbiqi ilə siz həyəcanınızı azalda bilərsiniz.

Tədqiqatlara görə əksər kişilər qadınlarla tanış olanda orta əsrlərdə mövcud taran kimi hücumə keçir və “Siz çox gözəlsiniz, olar sizə kokteyl təklif edim?” kimi cümlələr istifadə edirlər. Qadınlar isə əksinə geniş cavab tələb edən suallara üstünlük verirlər. Məsələn “Siz bu qrup haqqında nə düşünürsünüz?”

Standart tanış olma metodlarından uzaq durasınız yaxşıdır. 

19. Səhər vaxtında oyanın

Bəli bu nə qədər ağır səslənsə də özünüzü ələ alın və hər səhər tez durmağa çalışın. Gündəlik görəcəyiniz işlərin siyahısını tutun və ona uyğun hərəkət edin. Hər gün səhər tez durub, qısa bir gəzintiyə də çıxmaq olar.

Əslində səhər tez durmağın sirri gecəni rahat yatmaqdadır. Ona görə də hər gecə yatmamışdan öncə isti duş qəbul etməyi və ya meditasiya etməyi yoxlayın.

20. Sürücülük vəsiqəsini alın

Böyük şəhərdə yaşayırsınızsa o zaman ictimai nəqliyyatın bütün üstünlüklərindən istifadə edirsiniz.

Lakin siz şəhərdən kənara çıxan kimi yaxşı maşın sürmək qabiliyyəti həyatı vacibliyə çevrilir. Bu qabiliyyət sizin qarşınızda yeni bir dünyanın qapılarını aça bilər.

Bəsdi qohum və dostların sizi bu və ya digər yerə aparacağına ümidləndiz. Bu vacib addımı atın və sürücülük vəsiqəsi imtahanını verin.

21. Süni nəfəs verməyi öyrənin

Süni nəfəslə birgə ilkin tibbi yardım qaydalarını öyrənin. Bu biliklərə sahib olsanız bir gün kiminsə həyatını xilas edə bilərsiniz. Həyatını xilas etdiyiniz insan isə sizin yaxınınız, dostunuz və ya ümumiyyətlə özgə bir insan ola bilər.

22. Özünüzü təhlükədən qorumağı bacarın

Hər bir şəxs təhlükəli vəziyyətdə necə davranmalı olduğunu bilməlidir.

İsrail hərbiçiləri tərəfindən yaradılmış “krav-maqa” özünümüdafiə texnikasına yiyələnməyi sizə məsləhət görürük. Bu ciddi travmalar və ölüm hadisələrinə gətirib çıxarmayan yeganə özünümüdafiə sistemidir.

23. Özünüzə qarşı sərt olmayın

Hər hansısa bir uğursuzluğa görə özünüzə qapanmaq və tərkidünya olmaq çıxış yolu deyil. Uğursuzluğu normal qəbul edin. Səhv sizi pis adam etmir, səhv etməklə siz öyrənirsiniz

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
+12°C
  • $ USD
    1.7339
  • € EUR
    1.8297
  • ₽ RUB
    0.0270