SOSİUM

Rezidenturaya qəbulun nəticələri açıqlanıb
08 AVQUST
212

Rezidenturaya qəbulun nəticələri açıqlanıb

2016-08-08 19:18:00

Tələbə Qəbulu üzrə Dövlət Komissiyası (TQDK) 2016/2017-ci tədris ili üçün rezidenturaya qəbulun nəticələrini elan edib.

Fins.az APA-ya istinadən xəbər verir ki, TQDK-dan  verilən məlumata görə, nəticələri TQDK-nın internet saytından və ya iş nömrəsini mobil telefonla 7727  nömrəsinə göndərməklə öyrənmək olar.

İki mərhələ üzrə keçirilən qəbul imtahanlarının nəticələrinə əsasən müsabiqədə iştirak edən 374 namizəddən 365 nəfəri təhsilini rezidenturada davam etdirmək hüququ qazanıb. Onlardan 95 nəfər oğlan, 270 nəfər qızdır. 244 namizəd cari ilin, 121 namizəd isə əvvəlki illərin məzunudur.

Qeyd olunub ki, qəbul olan namizədlərin siyahısının və ixtisaslaşmalar üzrə formalaşmış keçid ballarının əks olduğu “Rezidentura” jurnalının 4-cü sayının elektron versiyasını (pdf formatında) avqustun 9-dan TQDK saytının "Elektron xidmətlər" bölməsində "TQDK nəşrlərinin elektron versiyalarının onlayn satışı" xidməti vasitəsilə ödəniş etməklə əldə etmək olar (Xidmətə keçid:http://eservices.tqdk.gov.az/ejurnal/). 

Azərbaycan Tibb Universitetinin Hərbi Tibb fakültəsinə qəbul olmuş şəxslər Müdafiə Nazirliyinə, Naxçıvan Dövlət Universitetinə qəbul olmuş şəxslər Naxçıvan Dövlət Universitetinə, Azərbaycan Tibb Universitetinin mülki ixtisaslarına və digər tibb müəssisələrinə qəbul olmuş şəxslər Səhiyyə Nazirliyinə tələb olunan sənədləri avqustun 9-dan 15-dək olan müddətdə təqdim etməklə qeydiyyatdan keçməlidirlər.

Namizədin bu müddətdə qeydiyyatdan keçməməsi onun yerləşdirildiyi ixtisas üzrə təhsil almaqdan imtinası kimi qiymətləndiriləcək və o, qəbul olanlar siyahısından çıxarılacaq.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
+12°C
  • $ USD
    1.7430
  • € EUR
    1.8487
  • ₽ RUB
    0.0275