SOSİUM

Magistr olmaq istəyənlərin diqqətinə – SƏNƏD QƏBULU
08 AVQUST
618

Magistr olmaq istəyənlərin diqqətinə – SƏNƏD QƏBULU

2016-08-08 11:54:00

Bu gün ali məktəblərin və Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) magistraturalarının boş qalan yerlərinə sənəd qəbulu başlayıb. Tələbə Qəbulu üzrəs Dövlət Komissiyasından (TQDK) fins.az-a verilən məlumata görə, sənəd lər bakalavrlar müsabiqədə iştirak etmək üçün 2016-cı il avqustun 8-i saat 10:00-dan avqustun 14-ü saat 23:59-dək qəbul ediləcək. Müsabiqədə iştirak etmək istəyənlər TQDK-nın internet saytının müvafiq səhifəsinə (eservices.tqdk.gov.az/erizemag/ixtisas2) daxil olub, seçdiyi ixtisaslaşmaların kodlarını “Bakalavrın elektron ixtisaslaşma seçimi ərizəsi”ndə qeyd edib təsdiqləməlidirlər.

Bakalavrlar TQDK-nın yeni virtual ödəmə kartını almalı və ixtisaslaşma seçimini təsdiq etmək üçün həmin kartın şifrindən istifadə etməlidirlər. Qeyd edək ki, boş qalan yerlərinə qəbul 6 mart və 5 iyun 2016-cı il tarixlərində keçirilən ikimərhələli qəbul imtahanında toplanan ballar əsasında müsabiqə yolu ilə aparılacaq. Bu il ali təhsil müəssisələrinin magistraturalarına qəbul olub qeydiyyatdan keçən bakalavrların boş qalan yerlərə keçirilən müsabiqədə iştirak etmək hüququ yoxdur. Boş qalan yerləri olan ixtisaslaşmaların siyahısı “Magistr” jurnalının 6-cı sayında dərc olunub. Hər bir bakalavr imtahan verdiyi proqrama aid və bitirdiyi bakalavr ixtisasına müvafiq olan 20-dək ixtisaslaşma kodunu seçə bilər.

Dövlət hesabına magistraturada təhsil alan magistrlər dövlət sifarişi ilə qəbul aparılan yerləri seçə bilməzlər. Əcnəbilər və vətəndaşlığı olmayan şəxslər, qüvvədə olan qanunvericilikdə və dövlətlərarası razılaşmalarda digər hallar nəzərdə tutulmayıbsa, dövlət sifarişi ilə qəbul aparılan yerləri seçə bilməzlər. Bakalavrlar TQDK-nın nəşrlərinin elektron versiyalarının onlayn satışı sistemindən istifadə edərək kredit kartı vasitəsilə ödəniş etməklə “Magistr” jurnalının 6-cı sayının elektron versiyasını (http://eservices.tqdk.gov.az/ejurnal/) da əldə edə bilərlər.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
+12°C
  • $ USD
    1.7430
  • € EUR
    1.8487
  • ₽ RUB
    0.0275