SOSİUM

Bakıda 39°C isti - HAVA PROQNOZU
05 AVQUST
264

Bakıda 39°C isti - HAVA PROQNOZU

2016-08-05 13:09:00

Avqustun 6-da Bakıda və Abşeron yarımadasında hava şəraitinin yağmursuz keçəcəyi gözlənilir.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən verilən xəbərə görə, şimal küləyi gündüz cənub-şərq küləyi ilə əvəzlənəcək. Havanın temperaturunun gecə 22-26, gündüz 33-38, Bakıda gecə 23-25, gündüz 35-37 dərəcə isti olacağı gözlənilir.

Atmosfer təzyiqi 758 mm civə sütunu, nisbi rütubət gecə 60-70 %, gündüz 35-45 % təşkil edəcək.

Abşeron çimərliklərində dəniz suyunun temperaturu Sumqayıt, Novxanı, Pirşağı, Nardaran, Bilgəh, Zaqulbada 24-25, Buzovna, Mərdəkan, Şüvəlanda 25-26, Türkan, Hövsan, Sahil, Şıxda 27-28 dərəcə isti olacaq.

Sabah Azərbaycanın rayonlarında hava şəraitinin yağmursuz keçəcəyi, lakin gecə və axşam bəzi dağlıq ərazilərdə şimşək çaxacağı, qısamüddətli yağış yağacağı ehtimalı var. Zəif şərq küləyi əsəcək. Havanın temperaturunun gecə 20-25, gündüz 35-39, bəzi yerlərdə 41 dərəcə isti, dağlarda gecə 15-20, gündüz 26-31 dərəcə isti olacağı gözlənilir.

Avqust ayının birinci ongünlüyündə isti hava şəraiti davam edəcək. Havanın maksimal temperaturu Bakıda və Abşeron yarımadasında 34-39° isti olacağı gözlənilir.

Azərbaycanın rayonlarında hava şəraiti yağmursuz keçəcək. Lakin gecə və axşam bəzi dağlıq ərazilərdə şimşək çaxacağı, qısamüddətli yağış yağacağı ehtimalı var. Zəif şərq küləyi əsəcək.

Havanın temperaturu gecə 20-25° isti, gündüz 35-39°, bəzi yerlərdə 41° isti, dağlarda gecə 15-20° isti, gündüz 26-31° isti olacağı gözlənilir.

Avqust ayının birinci ongünlüyündə ölkə ərazisində isti hava şəraiti davam edəcək. Havanın maksimal temperaturu 35-40°, Naxçıvan MR-da və Mərkəzi-Aran rayonlarının bəzi yerlərində 42° isti olacağı gözlənilir.

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
+12°C
  • $ USD
    1.7369
  • € EUR
    1.8625
  • ₽ RUB
    0.0272