SOSİUM

​OPEC və Rusiya yenidən danışıqlara başlayır
05 AVQUST
140

​OPEC və Rusiya yenidən danışıqlara başlayır

2016-08-05 09:48:00

"Biz yaxın zamanda OPEC üzvləri və Rusiya başda olmaqla təşkilata daxil olmayan ölkələrin görüşünü təşkil etmək üçün böyük səy göstəririk". Fins.az-ın "Report"-a istinadən verdiyi xəbərə görə, bunu Venesuela prezidenti Nikolas Maduro bildirib. 

Prezident, həmçinin qeyd edib ki, avqustun 4-də ölkəsinin neft sənayesi naziri Euloxio del Pino OPEC sədri Mühəmməd Barkindo ilə danışıqlar aparıb. Dövlət başçısı deyib ki, əsas məqsəd neft qiymətlərinin minimal həddini 40 dollar/bareldə sabitləşdirmək və 50-60 dollar/barelə doğru artmasına zəmin yaratmaqdır.

Xatırladaq ki, OPEC-in iyunun 2-də Vyanada keçirilən son iclasında iştirakçı ölkələr ümumi razılığa gələ bilməyib.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
+12°C
  • $ USD
    1.7430
  • € EUR
    1.8487
  • ₽ RUB
    0.0275