SOSİUM

Putin və Ruhani Bakıda nələri müzakirə edəcək?
04 AVQUST
175

Putin və Ruhani Bakıda nələri müzakirə edəcək?

2016-08-04 09:12:00

Rusiya və İran prezidentləri Vladimir Putin və Həsən Ruhani arasında Bakıda keçiriləcək görüşdə hərbi-texniki əməkdaşlıq məsələsinin müzakirəsi nəzərdə tutulur.

Fins.az "Report"-a istinadən xəbər verir ki, bunu "İzvestiya" qəzetinə Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov təsdiq edib.

D.Peskov qəzetə bildirib ki, iki ölkə liderinin görüş planlarında sözügedən məsələnin müzakirəsi durur. Öz növbəsində qəzetin hökumət apparatındakı həmsöhbəti qeyd edib ki, Rusiya nümayəndə heyətinin tərkibində baş nazirin birinci müavini, hərbi sənaye kompleksinə cavabdeh şəxs Dmitri Roqozin də olacaq.

Kremlin mətbuat xidmətinin çərşənbə axşamı verdiyi məlumata görə, Rusiya prezidenti Azərbaycan, İran və Rusiya dövlət başçılarının üçtərəfli görüşündə iştirak etmək üçün avqustun 8-də Bakıya səfər edəcək. Vladimir Putin, İlham Əliyev və Həsən Ruhaninin beynəlxalq və regional siyasətin aktual məsələləri, xüsusilə də, energetika və nəqliyyat sahəsində əməli əməkdaşlığın qurulması perspektivlərini müzakirə edəcəkləri gözlənilir.

Nəşrin məlumatına görə, Putin və Ruhani iki dövlət arasında hərbi-texniki əməkdaşlığın genişləndirilməsi məsələlərini müzakirə edəcək, həmçinin İran tərəfi yeni Rusiya silahlarında maraqlıdır. Bundan əlavə, "İzvestiya" iddia edir ki, "burada söhbət qarşılıqlı fəaliyyətin birgə təlimlərin keçirilməsi səviyyəsinədək qaldırılmasından gedə bilər".

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
+12°C
  • $ USD
    1.7369
  • € EUR
    1.8716
  • ₽ RUB
    0.0274