SOSİUM

Mingəçevirdə brend paltarlar tikiləcək
03 AVQUST
570

Mingəçevirdə brend paltarlar tikiləcək

2016-08-03 17:46:00
Azərbaycan dünya brendlərinin tekstil məhsullarının tikilməsinə hazırlaşır. Fins.az "AZPROMO"ya istinadən xəbər verir ki, Mingəçevir şəhərində xüsusi tekstil istehsalı müəssisəsi  yaradıla bilər.
 
Layihə onunla maraqlıdır ki, ölkədə və regionda brend geyimlərə tələb artır. İndiyə qədər bu tələb  idxal hesabına ödənilir. Lakin idxal qiymətlərinin artması orta istehlakçının ödəmə qabiliyyəti ötüb. 
 
Yeni tikiş müəssisəsinin yaradılması idxal olunan firma mallarının ölkə daxilində istehsalına imkan verəcək. 
 
Layihənin investisiya dəyəri təqribən 1 milyon dollardır. Lakin maliyyələşdirmə və məhsulların paylanması investorlarla  müzakirə edilməlidir.  İnvestisiyaların qaytarılma dövrü - üç ilə planlaşdırılır. Layihənin bir ilə reallaşdirmaq əsas şərtlərdəndir. 
 
İndi layihə  texniki-iqtisadi əsaslandırmaya hazırlıq mərhələsindədir. 
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
+12°C
  • $ USD
    1.7369
  • € EUR
    1.8716
  • ₽ RUB
    0.0274