SOSİUM

Bu məktəblərin adı dəyişdirildi – SİYAHI
03 AVQUST
526

Bu məktəblərin adı dəyişdirildi – SİYAHI

2016-08-03 11:33:00

Təhsil naziri Mikayıl Cabbarov bir neçə təhsil müəssisəsinin adının dəyişdirilməsi ilə bağlı əmr imzalayıb.

Fins.az Trend-ə istinadən xəbər verir ki, Təhsil Nazirliyinin mətbuat xidmətindən verilən məlumata əsasən, nazirin imzaladığı əmrə əsasən aşağıda adları qeyd olunan təhsil müəssisələrinin adları yeni redaksiyada verilib:

1. Sumqayıt şəhər Fars-ingilis təmayüllü orta internat məktəbi – Sumqayıt şəhər internat tipli gimnaziya

2. Sumqayıt şəhər general M.Əsədov adına Tam orta internat məktəbi – Sumqayıt şəhəri general M.Əsədov adına İnteqrasiya təlimli internat tipli gimnaziya

3. Sumqayıt şəhər sağlamlıq imkanları məhdud uşaqlar üçün Xüsusi internat məktəbi – Sumqayıt şəhər İnteqrasiya təlimli internat tipli gimnaziya

4. Gəncə şəhər Sanatoriya tipli internat məktəbi – Gəncə şəhər İnteqrasiya təlimli internat tipli gimnaziya

5. Goranboy şəhər R.Ağakişiyev adına Ümumi orta internat məktəbi – Goranboy şəhər R.Ağakişiyev adına İnteqrasiya təlimli internat tipli gimnaziya

6. Zaqatala şəhər İnternat məktəbi – Zaqatala şəhər İnteqrasiya təlimli internat tipli gimnaziya

7. Salyan şəhər A.Səfərov adına Ümumi orta internat məktəbi – Salyan şəhər A.Səfərov adına İnteqrasiya təlimli internat tipli gimnaziya

8. Siyəzən şəhər Ümumi orta internat məktəbi – Siyəzən şəhər İnteqrasiya təlimli internat tipli gimnaziya

9. Balakən rayonu Ümumi orta internat məktəbi – Balakən rayonu İnteqrasiya təlimli internat tipli gimnaziya

10. Mingəçevir şəhər Tam orta internat məktəbi – Mingəçevir şəhər İnteqrasiya təlimli internat tipli gimnaziya

11. Neftçala şəhər M.Səfərov adına İnternat məktəbi – Neftçala şəhər M.Səfərov adına İnteqrasiya təlimli internat tipli gimnaziya

12. Lerik şəhər V.İbrahimov adına Tam orta internat məktəbi – Lerik şəhər V.İbrahimov adına İnteqrasiya təlimli internat tipli gimnaziya

13. Lənkəran şəhər sağlamlıq imkanları məhdud uşaqlar üçün Xüsusi internat məktəbi – Lənkəran şəhər İnteqrasiya təlimli internat tipli gimnaziya

14. Göyçay şəhər S.Vurğun adına Tam orta internat məktəbi – Göyçay şəhər S.Vurğun adına İnteqrasiya təlimli internat tipli gimnaziya

15. Tovuz rayonu Qovlar şəhər Qarışıq tipli tam orta internat məktəbi – Tovuz rayonu Qovlar şəhər İnteqrasiya təlimli internat tipli gimnaziya

16. Şəki şəhər Qarışıq tipli internat məktəbi – Şəki şəhər İnteqrasiya təlimli internat tipli gimnaziya

17. Bərdə şəhər R.N.Musayev adına (inklüziv komponentli) günüuzadılmış ümumtəhsil orta məktəbi – Bərdə şəhər R.N.Musayev adına İnteqrasiya təlimli internat tipli gimnaziya

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
+12°C
  • $ USD
    1.7369
  • € EUR
    1.8625
  • ₽ RUB
    0.0272