SOSİUM

İmişlidə üçüncü zəlzələ oldu
01 AVQUST
333

İmişlidə üçüncü zəlzələ oldu

2016-08-01 12:53:00

İmişlidə 4,1 bal gücündə üçüncü zəlzələ baş verib.

Azərbaycan Milli Elmlər Akademiyası nəzdində Respublika Seysmoloji Xidmət Mərkəzindən verilən məlumata görə, zəlzələ yerli vaxtla saat 11:51-də Beyləqandan 34 kilometr şimal-şərqdə, İmişli rayonu ərazisində qeydə alınıb. Yeraltı təkanın ocağı 25 kilometr dərinlikdə yerləşib.

Zəlzələ yaxın yaşayış məntəqələrində 3 bala qədər hiss olunub.

***

İmişlidə 3,9 bal gücündə növbəti zəlzələ baş verib.

Azərbaycan Milli Elmlər Akademiyası nəzdində Respublika Seysmoloji Xidmət Mərkəzindən verilən məlumata görə, zəlzələ yerli vaxtla saat 08:49-da İmişli rayonu ərazisində qeydə alınıb. Yeraltı təkanın ocağı 22 kilometr dərinlikdə yerləşib.

***

Avqustun 1-də İmişlidə 5,6 bal gücündə zəlzələ baş verib.

Azərbaycan Milli Elmlər Akademiyası nəzdində Respublika Seysmoloji Xidmət Mərkəzindən verilən məlumata görə, zəlzələ yerli vaxtla saat 08:46-da Beyləqandan 34 kilometr şimal-şərqdə, İmişli rayonu ərazisində qeydə alınıb. Zəlzələ ətraf rayonlarda 5 bala kimi hiss olunub. 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
+12°C
  • $ USD
    1.7339
  • € EUR
    1.8516
  • ₽ RUB
    0.0272