SOSİUM

Bu həftənin vacib xəbərləri – QAZANC İMKANLARI
01 AVQUST
251

Bu həftənin vacib xəbərləri – QAZANC İMKANLARI

2016-08-01 11:12:00

Fins.az İnvest.Az şirkətinə istinadən maliyyə bazarlarında ötən həftə (24.08-29.08) baş vermiş hadisələri, bu həftə (01.08-05.08) gözlənilən yenilikləri, eləcə də investorlar üçün qazanc imkanları təqdim edir. 

Avro bahalaşmaqda davam edir

EUR/USD valyuta cütlüyü çərşənbə günü FED-in faiz qərarından sonra 1.1064$-a kimi 0.9% bahalaşdıqdan sonra cümə axşamı Avrozona iqtisadiyyatı ilə bağlı müsbət xəbərlər fonunda əlavə olaraq 0.5% bahalaşıb.

Almaniyanın Federal Statistika idarəsinin cümə axşamı verdiyi məlumata görə, Almaniyada işsizlərin sayı iyul ayında 7000 nəfər azalıb. Bu azalma iyun ayında 6000 nəfər idi. Beləliklə, Almaniyanın əmək bazarında iş tapanların artım sürətinin yüksəldiyinin şahidi oluruq. Lakin işsizlik səviyyəsində (6.1%) dəyişiklik müşahidə edilməyib.

Almaniyada inflyasiya isə gözlənildiyindən daha çox artıb. Belə ki, istehlak qiymətləri Almaniyada iyul ayında 0.3% artıb. Bu artım iyun ayında 0.1% olmaqla, iyul ayında bazar iştirakçıları yalnız 0.2%-lik artım proqnozlaşdırırdılar.

Eyni zamanda, Avrozonanın istehlak və iş mühitini ölçən indikatorlar da müsbət açıqlanıb. Avropa Komissiyasının "ESI" (Economic Sentiment Indicator) indikatoru 104,4-dan 104,6-a kimi artıb. Mütəxəssislər isə əmsalın 103,7-ə kimi azalacağını proqnozlaşdırırdılar.

EUR/USD cütlüyü üzrə qiymətin son 4 günlük bahalaşmasını nəzərə alaraq, qiymət qismən korreksiya (ucuzlaşmasının) edə bilər. Hal-hazırda 1.1094$ ətrafında ticarət edilən cütlük üzrə qiymət 1.1120$-ın altında qaldıqca, 1.1050 və 1.1015$-a kimi ucuzlaşa bilər.

Yaponiya bankı bazarları məyus edib - yen bahalaşır

Yaponiya Mərkəzi Bankı pul-kredit siyasətini biraz da yumşaltsa da, bazarların gözlənildiyi uçot faiz dərəcəsi endirilmədi. Dünya valyuta birjlarında isə Bankın qərarı investorları məyus edib və yenin bahalaşmasına, USD/JPY cütlüyünün ucuzlaşmasına səbəb olub. 

Mərkəzi Bank iki günlük toplantının nəticəsi olaraq, birjalarda ticarət olunun fondların (ETF) alınması proqramının həcmini illik olaraq 3.3 trilyon yendən 6 trilyon yenə (58 milyard dollar) kimi artırılması qərarı verilsə də, maliyyə bazarlarında pul kütləsinin artırılması məqsədilə həyata keçirilən illik 80 trilyon yenlik proqramın həcmində dəyişiklik olmayıb. Eyni zamanda, uçot faiz dərəcəsi də mənfi 0.1% səviyyəsində saxlanılıb. 2017-ci ilin mart ayına kimi iqtisadi inkişaf gözləntiləri isə 1.2%-dən 1.0%-ə kimi azaldılıb.

Yaponiya Mərkəzi Bankı illərdir deflyasiyanın qarşısını almaq və iqtisadi inkişafı sürətləndirmək üçün çalışır. Bank inflyasiyanı 2%-ə kimi artırılmasını hədəfləsə də, digər tərəfdən inflyasiya gözləntilərini 0.5%-dən 0.1%-ə kimi azaldıb (2017-ci ilin mart ayına kimi). Gələn il üçün isə 1.7%-lik qiymət artımı proqnozlaşdırılır.

Eyni zamanda, Yaponiya Bankı sentyabr ayında siyasətinin nəticələrini yoxlamaq istəyir. Bank sədri Haruhiko Kuroda cümə günü pul siyasətinin nəticələrinin yoxlanılması üçün dəqiq ölçü meyarları müəyyən edib. Beləliklə, növbəti dəfə sentyabr ayında toplanan bank heyəti tədbirlərinin effektivliyini təhlil etməlidir. 

Avrozona və Böyük Britaniya ilə bağlı önəmli göstəricilər yayımlanacaq

Bu həftənin bazarertəsi və çərşənbə günü müvafiq olaraq, istehsal və xidmət sektorunda biznes aktivliyi indeksləri (Avrozonavə BöyükBritaniya üzrə) yayımlanacaq. Avrozona iqtisadiyyatının təqribən 70%-i Xidmət sektorunun, 25%-i Sənayə istehsalının və 5%-i isə Kənd təsərrüfatının payına düşür. Eyni zamanda, bu həftənin cümə axşamı Bakı vaxtı ilə saat 15:00-da Böyük Britaniyanın faiz qərarı yayımlanacaq və bazarlar faiz dərəcələrinin 0.50%-dən 0.25%-ə kimi azaldılmasını gözləyirlər (GBP ucuzlaşa bilər). 

Türk lirəsi daha da bahalaşa bilər 

Çərşənbə günü Bakı vaxtı ilə saat 11:00-daTürkiyənin inflyasiya səviyyəsi açıqlanacaq. Türkiyə Mərkəzi Bankı ölkədə qiymətlərin artım trendini aşağı salmağa çalışır. Beləliklə, çərşənbə günü yayımlanacaq göstərici 7.64%-dən aşağı düşərsə, ucuzlaşan USD/TRY cütlüyü daha da ucuzlaşa bilər, yəni TRY daha da bahalaşa bilər. 

İqtisadçıların və investorların maraqla gözlədiyi xəbər

Bu həftənin cümə günü Bakı vaxtı ilə saat 16:30-da Amerikanın əmək bazarı və bütün dünyada investorların böyük maraqla gözlədikləri "ABŞ-ın qeyri-kənd təsərrüfatında işləyənlərin sayında dəyişiklik"-lə bağlı məlumatlar (NonfarmPayrolls) açıqlanacaq. "Nonfarm Payrolls" məlumatı dünya maliyyə bazarlarında qiymətlərin güclü hərəkətliliyinə təsir etməsi ilə seçilir.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
+12°C
  • $ USD
    1.7369
  • € EUR
    1.8625
  • ₽ RUB
    0.0272