SOSİUM

Ən çox cinayət törədən peşə sahibləri kimlərdir?
29 İYUL
339

Ən çox cinayət törədən peşə sahibləri kimlərdir?

2016-07-29 11:28:00

Təhlillər göstərir ki, cinayətlərin böyük hissəsini işsizlər törədir. Dövlət Statistika Komitəsindən fins.az-a verilən  məlumata görə, 2015-ci ildə  törədilən cinayətlərin 11 min 991-i məhz işsiz vətəndaşların payına düşür.  

Törədilən cinayətlərin sayına görə ikinci yerdə sahibkarlardır - 1 012 hadisə. Fəhlələrin törətdiyi cinayətlərin sayı isə 395 olub. Maliyyə-kredit və bank işçiləri 49, tələbələr 88,  dövlət idarələrində çalışan əməkdaşlar 7 cinayət hadisəsi törədiblər.

Peşələr

 

Törədilən cinayətlərin sayı

İşsizlər

11  991

Sahibkarlar

1 012

Fəhlələr

395

Tələbələr

88

Maliyyə-kredit və bank işçiləri

49

Dövlət idarələrində çalışan əməkdaşlar

7

Digər peşələr

2 362

Xatırladaq ki, 2015-ci ildə Azərbaycanda ümumilikdə 26 min 916 cinayət hadisəsi qeydə alınıb. 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
+12°C
  • $ USD
    1.7369
  • € EUR
    1.8716
  • ₽ RUB
    0.0274