SOSİUM

Qadınlar daha çox oğurluq cinayəti edirlər
29 İYUL
104

Qadınlar daha çox oğurluq cinayəti edirlər

2016-07-29 11:22:00

Azərbaycanda qadınların törətdiyi cinayətlər artıb. Dövlət Statistika Komitəsindən fins.az-a bildiriblər ki, 2015-ci ildə qadınlar 1 128 cinayət işləyib. 2014-cü ildə isə bu rəqəm 971 olub.

Qadınların törətdiyi cinayətlər sırasında oğurluq daha çoxdur – 137 cinayət işi. Cinayətlərin 126-sı dələduzluq olub.

Qadınların törətdiyi xuliqanlıq cinayətlərinin sayı 60, narkotiklərlə bağlı 52, qəsdən sağlamlığa ağır zərbə vurma 16,  quldurluq 6, rüşvətxorluq 5, soyğunçuluq 4 olub.

2015-ci ildə qadınların törətdiyi yol nəqliyyat hadisələrinin sayı isə 30 olub. Onlardan 4-ü zərərçəkənin ölümü ilə nəticələnib.

Qadınların törətdiyi cinayətlərdən 13-ü qəsdən adam öldürmə olub. 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
+12°C
  • $ USD
    1.7369
  • € EUR
    1.8716
  • ₽ RUB
    0.0274