SOSİUM

Azərbaycanda cinayətlər artır - STATİSTİKA
28 İYUL
210

Azərbaycanda cinayətlər artır - STATİSTİKA

2016-07-28 16:39:00

Azərbaycanda törədilən cinayətlər artıb. Dövlət Statistika Komitəsindən fins.az-a verilən məlumata görə, 2015-ci ildə ölkədə 26  916 cinayət baş verib ki, bu da əvvəlki ilə nisbətən 9,4% artıqdır. Xatırladaq ki, 2014-cü ildə ölkədə 2014-cü ildə ölkədə 24 min 607 cinayət hadisəsi baş verib.   

Ağır cinayətlər daha çox artıb

Ötən il ölkədə törədilən hər 7 cinayətdən 1-i ağır cinayət olub. Ağır cinayətlərin sayı 3 min 922 təşkil edir, bu da ümumi cinayətlərin 14,5%-ni təşkil edir. Ötən illə müqayisədə ağır cinayətlərin sayı 18% artıb. 

Əsas cinayətkarlar kişilərdir

Statistika göstərir ki, cinayət törədənlərin əksəriyyəti kişilərdir. Ölkədə hər 14 cinayətdən 13-ndə günahkar kişilər olur. Belə ki, 2015-ci ildə cinayət törədən şəxslərin ümumi sayı 16 min 322 nəfər olub. Onlardan 15 min 194 nəfəri kişilər,  1128 nəfəri isə qadınlardır. Başqa sözlə, qadınların kriminal olaylarda payı cəmi 7% təşkil edir.  

Ən çox zərər çəkənlər də kişilərdir

Statistika göstərir ki, cinayət törədənlərdə olduğu kimi, ondan zərər çəkənlərin də əksəriyyəti kişilərdir. Belə ki, 2015-ci ildə cinayətlərdən zərər çəkənlərin 70,5% kişilər, 29,5% qadınlar idi. 

7,8 min nəfər həbs edilib

2015-ci ildə cinayət törədənlərdən 13 min 270 nəfəri məhkum edilib.  Onlardan 7 min 830 nəfəri azadlıqdan məhrumetmə  cəzası alıb. Azadlıqdan məhrum edilənlərin 286 nəfəri 14-18 yaşlı yeniyetmələrdir. 

Ən çox törədilən cinayətlər

Azərbaycanda ən çox baş verən cinayətlər oğurluqdur. Ötən il törədilən 26 mindən artıq cinayətin 6 338-i oğurluq, 3 660-ı dələduzluq, 2 949-u narkotika ilə bağlı, 1 733-ü yol hərəkət hadisələri, 1 112-i  xuliqanlıq,  361-i  qəsdən sağlamlığa ağır zərər vurmadır. Ötən il 203 qəsdən adam öldürmə hadisəsi qeydə alınıb. 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
+12°C
  • $ USD
    1.7369
  • € EUR
    1.8625
  • ₽ RUB
    0.0272