SOSİUM

Reytinq agentliyindən Azərbaycan üçün - MÜSBƏT XƏBƏR
27 İYUL
360

Reytinq agentliyindən Azərbaycan üçün - MÜSBƏT XƏBƏR

2016-07-27 15:21:00
Dünya reytinq agentlikləri Azərbaycan iqtisadiyyatında müsbət tendensiya müşahidə olunduğunu qeyd edirlər.
 
Fins.az-ın verdiyi məlumata görə, Fitch Ratings agentliyi Azərbaycanın suveren reytingini yeniləyib, ÜDM-nin adam başına düşən həcmi ilə bağlı proqnozunu 2016-cı il üçün 3707 dollardan 3813 dollaradək artırıb. 2017-ci il üçün göstəriciləri isə 4297 dollardan 4434 dollaradək yüksəldib.

Eləcə də bax: Moody`s Azərbaycan iqtisadiyyatı üzrə proqnozunu pisləşdirib

Buna baxmayaraq, ÜDM-in proqnozunu 2016-cı ildə 3,3%-dən 3%-dək aşağı salıblar. 2017-ci il üçün +1,5% və 2018-ci ildə +2,1% proqnozları da dəyişilməz olaraq qalıb.
 
İnflasiya proqnozu da həmçinin aşağı salınıb. Fitch-in gözləntilərinə görə, bu il istehlak qiymətlərinin indeksi (CPI)  bundan öncə gözlənilən kimi 14% yox, məhz 11,5% artıb. CPI proqnozu 2017-ci il üçün 7%-dan 6%-a enib. 2018-ci il üçün proqnoz isə 3% səviyyəsində saxlanılıb.
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
+12°C
  • $ USD
    1.7430
  • € EUR
    1.8487
  • ₽ RUB
    0.0275