SOSİUM

Referendum cari kredit spredlərinə təsir edəcəkmi?
27 İYUL 2016
153

Referendum cari kredit spredlərinə təsir edəcəkmi?

2016-07-27 14:04:00

Azərbaycanda siyasi vəziyyət sabitdir və referendum respublikanın cari kredit spredlərinə təsir etməyəcək. Fins.az "İnterfax"-a istinadən xəbər verir ki,  “Sberbank Investment Research” analitikləri belə hesab edirlər.

Təmizlik Xidmətinə 50% ENDİRİM!

"Bu gün Azərbaycanda siyasi vəziyyət kifayət qədər sabitdir və Konstitusiyaya dəyişikliklər ölkədəki siyasi sabitlik perspektivlərini qiymətləndirməyimizə çox güman ki, müsbət təsir edəcək. Dəyişikliklərin qəbul edilməsi Azərbaycanın cari kredit spredlərinə təsir göstərməyəcək", - deyə analitiklər qeyd edirlər.

Sentyabrın 26-da keçiriləcək referendumda Konstitusiyanın 29 maddəsinə dəyişikliklərin edilməsinə dair qərar səsverməyə çıxarılacaq.

Dəyişikliklər layihəsində prezidentin səlahiyyət müddətinin 7 ilədək artırılması (hazırda 5 ildir), yaş məhdudiyyətinin aradan qaldırılması (hazırda namizədlərin yaşı otuz beşdən aşağı olmamalıdır), birinci vitse-prezident və vitse-prezidentlər (prezident tərəfindən vəzifəyə təyin və vəzifədən azad edilirlər) vəzifələrinin yaradılmasını, prezident vəzifədən getdikdə onun hüquq və vəzifələrinin birinci vitse-prezidentlərə (əvvəllər baş nazirə) keçməsini, prezidentin parlamenti buraxmaq və növbədənkənar prezident seçkiləri barədə elan etmək hüququ əldə etməsini nəzərdə tutur.*

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
  • $ USD
    1.7000
  • € EUR
    1.9810
  • ₽ RUB
    0.0269