SOSİUM

​Sentyabrda Azərbaycanda qeyri-iş günlərinin sayı daha bir gün artırılacaq
27 İYUL
618

​Sentyabrda Azərbaycanda qeyri-iş günlərinin sayı daha bir gün artırılacaq

2016-07-27 11:50:00

Bu ilin sentyabr ayında Azərbaycanda qeyri-iş günlərinin daha bir gün artırılacağı gözlənilir.

Fins.az xəbər verir ki, sentyabrın 26-da ölkə ərazisində ümumxalq səsverməsi (referendum) keçiriləcəyindən və həmin gün bazar ertəsinə təsadüf etdiyindən qeyri-iş günü olacaq.

Belə ki, Seçki Məcəlləsinin 8-ci maddəsinə əsasən, səsvermə günü seçki (referendum) keçirilən ərazidə iş günü hesab olunmur.

Qeyd edək ki, Prezident İlham Əliyev Azərbaycan Respublikasının Konstitusiyasında dəyişikliklər edilməsi məqsədi ilə ümumxalq səsverməsi (referendum) keçirilməsi haqqında sərəncam imzalayıb. Sərəncama əsasən, ümumxalq səsverməsi (referendum) 2016-cı il sentyabrın 26-na təyin edilib.

Xatırladaq ki, bu ilin sentyabr ayında Azərbaycanda Qurban bayramı ilə əlaqədar 4 gün qeyri-iş günü olacaq. Nazirlər Kabinetinin “2016-cı ildə Novruz, Ramazan, Qurban bayramları haqqında” qərarına əsasən, iki gün - sentyabrın 12-si və 13-ü Qurban bayramıdır. Sentyabrın 10-u və 11-i tarixləri şənbə və bazara təsadüf edir. Beləliklə, Qurban bayramı ilə əlaqədar 4 gün qeyri-iş günü olacaq.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
+12°C
  • $ USD
    1.7339
  • € EUR
    1.8651
  • ₽ RUB
    0.0271