SOSİUM

Şirvandakı partlayışda 24 nəfər yaralanıb- NAZİRLİKDƏN AÇIQLAMA
26 İYUL
376

Şirvandakı partlayışda 24 nəfər yaralanıb- NAZİRLİKDƏN AÇIQLAMA

2016-07-26 19:58:00

Azərbaycan Səhiyyə Nazirliyi Şirvanda Müdafiə Sənayesi Nazirliyinə məxsus "Araz" zavodunda baş verən partlayışda yaralanan şəxslərlə bağlı yeni rəqəmlər açıqlayıb. Fins.az-ın məlumatına görə, nazirliyin mətbuat xidmətinin rəhbəri Liya Bayramovanın  APA-ya verdiyi məlumata görə, hadisə nəticəsində Şirvan Mərkəzi Rayon Xəstəxanasına 24 nəfər gətirilib. Onlardan 14 nəfəri ambulator yardım alaraq evə buraxılıb. Hazırda xəstəxanada 10 nəfər müalicə alır. 3 nəfərin vəziyyəti orta ağır qiymətləndirilir. 7 nəfərin isə xəsarətləri yüngüldür. 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
+12°C
  • $ USD
    1.7430
  • € EUR
    1.8487
  • ₽ RUB
    0.0275