SOSİUM

Partlayışda xəsarət alan 11 nəfər xəstəxanaya yerləşdirilib - YENİLƏNİB
26 İYUL
318

Partlayışda xəsarət alan 11 nəfər xəstəxanaya yerləşdirilib - YENİLƏNİB

2016-07-26 17:08:00

Şirvanda baş vermiş partlayış zamanı xəsarət alanlara tibbi yardımın göstərilməsi məsələsi səhiyyə naziri Oqtay Şirəliyevin şəxsi nəzarətinə götürülüb.

Fins.az APA-ya istinadən xəbər verir ki, Səhiyyə Nazirliyindən verilən məlumata görə, bu ana qədər Şirvan Mərkəzi Rayon xəstəxanasına 11 xəsarət almış şəxs çatdırılıb.

Xəsarət alanlara mütəxəssislər tərəfindən zəruri tibbi yardım göstərilir.

Təcili yardım briqadaları hadisə yerində işini davam etdirir.

***

16:58 

Şirvanda Müdafiə Sənayesi Nazirliyinə aid zavodda qeydə alınan partlayış nəticəsində xəsarət alan 6 nəfər ilkin olaraq Şirvan Şəhər Mərkəzi Xəstəxanasına yerləşdirilib.

Bu barədə Səhiyyə Nazirliyindən bildirilib. 

Məlumata görə, onların vəziyyəti ağırdır. Hazırda təcili yardım briqadaları hadisə yerindədir. Köməyə ehtiyacı olan yaralıların xəstəxanaya gətirilməsi davam etdirilir. Bildirilib ki, yaralı sayının artacağı istisna edilmir.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
+12°C
  • $ USD
    1.7430
  • € EUR
    1.8487
  • ₽ RUB
    0.0275