SOSİUM

Moody`s Azərbaycan iqtisadiyyatı üzrə proqnozunu pisləşdirib
26 İYUL
302

Moody`s Azərbaycan iqtisadiyyatı üzrə proqnozunu pisləşdirib

2016-07-26 16:43:00

Moody`s beynəlxalq agentliyi Azərbaycan iqtisadiyyatı üzrə proqnozu pisləşdirib. Agentlik Azərbaycanda 20176-ci il üzrə proqnozu azaldaraq 1%-dən 0%-ə endirib.

Fins.az-ın Turan-a istinadən verdiyi məlumata görə, 2016-cı ildə, agentlik ÜDM-i 0,7%-ə qədər aşağı düşəcəyini proqnozlaşdırır.

Moody`s proqnozu dəyişərkən iqtisadi artım sürətinin azalması üçün bəzi səbəblərin olduğunu bildirir. Bura maliyyə sektorunda vəziyyətin pisləşməsi, devalvasiyaların əhalinin alıcılıq qabilliyyətinə mənfi təsiri və ikirəqəmli inflasiyadır. Azərbaycanın makroiqtisadi proqnozlarının pisləşməsinə enerji bazarında baş verənlər, o cümlədən neftin qiymətinin ucuzlaşacağı barədə gözləntilərlə bağlıdır. Həmçinin Moody`s Azərbaycanın maliyyə sisteminə təzyiqin artmasını, tədiyyə balansının vəziyyətini, eləcə də milli valyutayə inamın azalmasını və bank sistemində dollarlaşmanı qeyd edib.

Agentliyin hesablamalarına görə, xarici borcun ÜDM-ə nisbəti 2014-cü ildəki 11,2%-dən bu ilin sonuna 29,6%-dək artacaq.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
+12°C
  • $ USD
    1.7430
  • € EUR
    1.8487
  • ₽ RUB
    0.0275