SOSİUM

Azərbaycanda hərbi zavodda partlayış
26 İYUL
410

Azərbaycanda hərbi zavodda partlayış

2016-07-26 15:59:00

Şirvan şəhərində “Araz” zavodunda partlayış olub. Fins.az-ın “Qafqazinfo”ya istinadən məlumatına görə, bu barədə şəhər sakinləri məlumat verib.

Onlar bildirib ki, partlayış silah zavodunda baş verib. Partlayışın səsi bütün şəhərə yayılıb, hazırda güclü yanğın davam edir.

Qeyd edək ki, sözügedən zavod Müdafiə Sənayesi Nazirliyinin «Üfüq» İstehsalat Birliyininin nəzdindədir.

Xatırladaq ki, ötən ildə də həmin zavodda partlayış olmuşdu.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
+12°C
  • $ USD
    1.7430
  • € EUR
    1.8487
  • ₽ RUB
    0.0275