SOSİUM

Ən çox əmək haqqı verilən sahələr - SİYAHI
25 İYUL
1719

Ən çox əmək haqqı verilən sahələr - SİYAHI

2016-07-25 16:55:00

Azərbaycanda 2016-ci ildə orta aylıq əmək haqqları ötən illə müqayisədə  34,7 manat artıb. Dövlət Statistika Komitəsindən fins.az-a verilən xəbərə məlumata görə, bu ilin yanvar-may aylarında orta aylıq əmək haqqı 489,5  manat  olub. Ötən ilin müvafiq  dövründə bu rəqəm 454,8 manat idi.

Ən çox əmək haqqı verilən sahə mədənçıxarma sənayesidir. 2016-cı ilin may ayında bu sektorda orta aylıq əmək haqqı 2798,1 manat olub. Qeyd edək ki, bir il əvvəl  bu rəqəm 2330 manat idi. Başqa sözlə, bir il ərzində neftçilərin maaşları 20% yüksəlib.

Bu siyahlda ikinci sırada maliyyə və sığorta sektorurdur - 1230,5 manat.  Bu sahədə maaşlar son bir ildə 6% artıb.

Peşə, elmi və texniki fəaliyyət sahəsində may ayında orta aylıq əmək haqqı  922,2 manat olub. Bir il əvvəl bu sahədə orta maaş 668 manat idi. Başqa sözlə, son bir il ərzində bu sahədə maaş artımı 38% olub.

2016-cı ilin yanvar-may aylarında ən az əmək haqqı səhiyyə və sosial xidmətlər sektorunda olub - 219 manat.  Son bir ildə bu sahədə maaşlar 5% yüksəlib.

Kənd təsərrüfatı, meşə təsərrüfatı və balıqçılıq sektorunda orta əmək haqqı 241 manat olub. Son bir ildə bu sahədə maaşlar cəmi 2 manat artıb

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
+12°C
  • $ USD
    1.7369
  • € EUR
    1.8716
  • ₽ RUB
    0.0274