SOSİUM

Referendum Aktı ilə bağlı iclasın vaxtı açıqlandı
22 İYUL 2016
186

Referendum Aktı ilə bağlı iclasın vaxtı açıqlandı

2016-07-22 11:32:00

Azərbaycan prezidenti tərəfindən Konstitusiya Məhkəməsinin rəyinin alınması üçün təqdim olunmuş “Azərbaycan Respublikasının Konstitusiyasında dəyişikliklər edilməsi haqqında” Azərbaycan Respublikasının Referendum Aktının layihəsi ilə bağlı Konstitusiya Məhkəməsi Plenumunun iclası təyin olunub. 

Təmizlik Xidmətinə 50% ENDİRİM!

Fins.az-ın APA-ya istinadən məlumatına görə, iclas iyulun 25-də keçiriləcək. 

Qeyd edək ki, iyulun 18-də Azərbaycan prezidenti tərəfindən Azərbaycan Respublikası Konstitusiyasının 153-cü maddəsinin tələbinə əsasən Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin rəyinin alınması üçün təqdim olunmuş “Azərbaycan Respublikasının Konstitusiyasında dəyişikliklər edilməsi haqqında” Referendum Aktı layihəsi Konstitusiya Məhkəməsinə göndərilib.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
  • $ USD
    1.7000
  • € EUR
    1.9745
  • ₽ RUB
    0.0267