SOSİUM

“The Beatles”-a aid demo-disk yarım əsr sonra tapıldı
21 İYUL
74

“The Beatles”-a aid demo-disk yarım əsr sonra tapıldı

2016-07-21 15:34:00

Məşhur ingilis musiqi qrupu “The Beatles”in müğənni Silla Blek üçün xüsusi olaraq yazdırdığı demo-disk 52 il sonra aşkarlanıb.

Fins.az "Azərtac"-a istinadən xəbər verir ki, Liverpul dördlüyünün əsas simalarından olan Con Lennon və Pol Makkartninin ifa etdiyi "İt`s For You" (Bu. sənin üçündür) 2 dəqiqəlik mahnı Silla Blekə hədiyyə olaraq 1964-cü ildə Londonda çıxış etdiyi Palladium konsert zalına göndərilib. Lakin, səsyazmanın sonrakı taleyi illər boyu naməlum qalıb.

Ötən ilin yayında vəfat edən müğənninin qohumu isə demo-diski Silla Blekin əşyaları arasında aşkarlayaraq, avqustun 27-də keçiriləcək Bitls qrupunun xatirəsinə həsr olunmuş hərracda satılmaq üçün təqdim edib. Ekspertlərin rəyinə görə, səsyazmanın dəyəri 15-20 min funt sterlinq ola bilər.

Qeyd edək ki, Silla Blek ötən əsrin 60-70-ci illərində Britaniyanın ən populyar musiqi ifaçılarından olub. 80-ci illərin əvvəllərindən bir çox televiziya layihələrində iştirak edən müğənni Britaniya televiziyası tarixinin ən çox qazanan aparıcısı olmuşdur.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
+12°C
  • $ USD
    1.7430
  • € EUR
    1.8487
  • ₽ RUB
    0.0275