SOSİUM

Ən yaxşı jurnalistlər məlum oldu
20 İYUL
556

Ən yaxşı jurnalistlər məlum oldu

2016-07-20 14:50:00

Azərbaycan Jurnalistlər Şəbəkəsi və “ACT Azərbaycan” araşdırma şirkətinin birgə keçirdiyi “Mətbuata xidmət edənlər” layihəsi sorğunun nəticələrini açıqlayıb. Şirkətdən fins.az-a verilən xəbərə görə, Azərbaycanda ən çox seçilən jurnalistləri və mətbuat katibləri müəyyən olunub.

Layihəyə əsasən, müxtəlif qurumların mətbuat katibləri 5 kateqoriya üzrə (iqtisadiyyat, siyasət, sosial, mədəniyyət və idman jurnalistikası) fəaliyyətini bəyəndikləri jurnalistləri müəyyən ediblər.

Eləcə də bax: Ən yaxşı mətbuat katibləri seçildi

Sorğuda iştirak edən 70 mətbuat katibinin fikrincə, seçilən 5 nəfər jurnalistə mükafatlar təqdim edilib . Mükafata layiq görülən jurnalistlər sırasında Fins.az saytının rəhbəri Əli Əhmədov ilin ən yaxşı iqtisadiyyat jurnalisti adını alıb. Siyasət jurnalistikası üzrə “Yeni Müsavat”qəzetinin əməkdaşı Elşad Paşasoy , sosial sahə jurnalistikası üzrə Modern.az saytının əməkdaşı Gülşən Raufqızı, idman jurnalistikası üzrə ATV kanalının aparıcısı Sənan Şəfizadə, mədəniyyət jurnalistikası üzrə isə APA-nın əməkdaşı Ülkər Qasımova seçilib.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
+12°C
  • $ USD
    1.7430
  • € EUR
    1.8487
  • ₽ RUB
    0.0275