SOSİUM

Ən yaxşı mətbuat katibləri seçildi
20 İYUL
538

Ən yaxşı mətbuat katibləri seçildi

2016-07-20 14:38:00

Azərbaycan Jurnalistlər Şəbəkəsi və “ACT Azərbaycan” araşdırma şirkətinin birgə keçirdiyi “Mətbuata xidmət edənlər” layihəsi sorğunun nəticələrini açıqlayıb. Şirkətdən fins.az-a verilən xəbərə görə, Azərbaycanda ən çox seçilən mətbuat katibləri müəyyən olunub.

Ölkənin fərqli media qurumlarında çalışan 100 nəfər jurnalist 2 sahə üzrə (dövlət strukturu və biznes strukturu) yaxşı hesab etdiyi mətbuat katiblərini seçiblər.

Eləcə də bax: Ən yaxşı jurnalistlər məlum oldu

Media ilə əlaqələrin qurulmasında ən məhsuldar çalışan mətbuat katibləri isə 100 jurnalist arasında keçirilən anket sorğusu əsasında müəyyənləşdirilib. Sorğuda iştirak edən jurnalistlər dövlət sektoru üzrə Ekologiya və Təbii Sərvətlər Nazirliyinin mətbuat katibi İradə İbrahimovaya daha çox səs veriblər.

Özəl sektorda isə “Bakcell” şirkətinin Korporativ Kommunikasiya bölməsinin rəhbəri Süheyla Cəfərova qalib olub.

Xatırladaq ki, layihənin əsas məqsədi 22 iyul Milli Mətbuat Günü ərəfəsində il ərzində mediada fəaliyyəti ilə fərqlənmiş ən yaxşı mətbuat katiblərini müəyyənləşdirmək idi.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
+12°C
  • $ USD
    1.7339
  • € EUR
    1.8516
  • ₽ RUB
    0.0272