SOSİUM

Azərbaycanda 2 institut birləşdirildi
20 İYUL
2139

Azərbaycanda 2 institut birləşdirildi

2016-07-20 14:26:00

Nazirlər Kabineti “Azərbaycan Milli Elmlər Akademiyasının bəzi məsələləri haqqında” qərar qəbul edib. Fins.az-ın APA-ya istinadən xəbərinə görə, baş nazirin birinci müavini Yaqub Eyyubovun imzaladığı sənədə əsasən Azərbaycan Milli Elmlər Akademiyasının Eroziya və Suvarma İnstitutu Torpaqşünaslıq və Aqrokimya İnstitutu ilə birləşdirilib və onların bazasında Torpaqşünaslıq və Aqrokimya İnstitutu yaradılıb. 

Sənədə əsasən Fəlsəfə və Hüquq İnstitutunun hüquq elmləri üzrə struktur bölmələri və müvafiq ştat vahidləri ləğv edilərək Hüquq və İnsan Haqları İnstitutunun struktur tərkibinə verilib, Fəlsəfə və Hüquq İnstitutu “Fəlsəfə İnstitutu” adlandırılıb.

Azərbaycan Milli Elmlər Akademiyasına bu qərardan irəli gələn məsələləri həll etmək tapşırılıb.

Qərar imzalandığı gündən qüvvəyə minib.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
+12°C
  • $ USD
    1.7339
  • € EUR
    1.8297
  • ₽ RUB
    0.0270