SOSİUM

Azərbaycanda prezident seçilmək üçün yaş məhdudiyyəti - LƏĞV EDİLİR
18 İYUL
635

Azərbaycanda prezident seçilmək üçün yaş məhdudiyyəti - LƏĞV EDİLİR

2016-07-18 20:50:00

Azərbaycanda prezident seçkilərində iştirak etməklə bağlı yaş məhdudiyyətinin aradan qaldırılması təklif olunur.

Fins.az-ın məlumatına görə, bu barədə “Azərbaycan Respublikasının Konstitusiyasında dəyişikliklər edilməsi haqqında” Referendum Aktı layihəsində qeyd olunub.  Layihədəki təkliflərdən biri də prezidentlik müddətinin “5” ildən “7” ilə qədər artırılması ilə bağlıdır.

Eləcə də bax: Deputat seçilmək üçün yaş həddi 18-ə endiriləcək - DƏYİŞİKLİK

Yeni dəyişiklik layihəsində Azərbaycan Respublikasının Prezidentinə növbədənkənar prezident seçkilərini elan etmək hüququ tanınması da təklif olunur.

Eləcə də bax: Prezidentin səlahiyyət müddəti artırılacaq - KONSTİTUSİYAYA DƏYİŞİKLİK

Qeyd edək ki, Prezident İlham Əliyevin sərəncamı ilə “Azərbaycan Respublikasının Konstitusiyasında dəyişikliklər edilməsi haqqında” Referendum Aktı layihəsi Konstitusiya Məhkəməsinə göndərilib.

Eləcə də bax: Azərbaycanda vitse-prezident postu yaradılır – KONSTİTUSİYAYA DƏYİŞİLİK

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
+12°C
  • $ USD
    1.7369
  • € EUR
    1.8625
  • ₽ RUB
    0.0272