SOSİUM

Prezidentin səlahiyyət müddəti artırılacaq - KONSTİTUSİYAYA DƏYİŞİKLİK
18 İYUL
487

Prezidentin səlahiyyət müddəti artırılacaq - KONSTİTUSİYAYA DƏYİŞİKLİK

2016-07-18 20:08:00

Azərbaycanda prezidentin səlahiyyət müddətinin artırılması nəzərdə tutulur.

Fins.az-ın məlumatına görə, bu barədə Prezident İlham Əliyevin “Azərbaycan Respublikasının Konstitusiyasında dəyişikliklər edilməsi haqqında” referendum aktı layihəsinin Konstitusiya Məhkəməsinə göndərilməsi barədə imzaladığı sərəncamda qeyd edilib.

Sənədə əsasən, Azərbaycan Konstitusiyasının 101-ci maddəsinin I hissəsində “5” rəqəmi “7” rəqəmi ilə əvəz edilir və Azərbaycan Respublikasının Prezidenti növbədənkənar Azərbaycan Respublikası Prezidenti seçkilərini elan edə bilər.
Eyni zamanda, 100-cü maddədən “Yaşı otuz beşdən aşağı olmayan sözləri"nin çıxarılması təklif olunur.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
+12°C
  • $ USD
    1.7369
  • € EUR
    1.8625
  • ₽ RUB
    0.0272