SOSİUM

Paralimpiya qalibləri üçün mükafatlar açıqlandı
18 İYUL
86

Paralimpiya qalibləri üçün mükafatlar açıqlandı

2016-07-18 18:40:00

Prezident İlham Əliyev Rio-de- Janeyro şəhərində keçiriləcək XXXI Yay Olimpiya Oyunlarında iştirak edəcək idmançılara və onların məşqçilərinə ən yüksək nəticələr göstərməyə həvəsləndirmək məqsədi mükafatlar təyin edilməsi barədə sərəncam imzalayıb.

Fins.az xəbər verir ki, Yay Olimpiya Oyunlarında ən yüksək nəticələrə görə Azərbaycan Respublikasının idmançıları və onların məşqçiləri üçün mükafatların məbləği aşağıdakı qaydada müəyyən edilib

Birinci yeri tutan hər bir idmançıya 400 min manat, onun məşqçisinə 200 min manat;

İkinci yeri tutan hər bir idmançıya 200 min manat, onun məşqçisinə 100 min manat;

Üçüncü yeri tutan hər bir idmançıya 100 min manat, onun məşqçisinə 50 min manat.

Prezident eyni zamanda XV Yay Paralimpiya Oyunlarında iştirak edəcək idmançılara və onların məşqçilərinə ən yüksək nəticələrə həvəsləndirmək məqsədilə mükafatların ayrılması ilə bağlı sərəncam verib. 

XV Yay Paralimpiya Oyunlarında ən yüksək nəticələrə görə Azərbaycan Respublikasının əlil idmançıları və onların məşqçiləri üçün mükafatların məbləği aşağıdakı qaydada müəyyən edilsin:

Birinci yeri tutan hər bir idmançıya 200 min manat, onun məşqçisinə 100 min manat;

İkinci yeri tutan hər bir idmançıya 100 min manat, onun məşqçisinə 50 min manat;

Üçüncü yeri tutan hər bir idmançıya 50 min manat, onun məşqçisinə 25 min manat.

Nazirlər Kabineti bu sərəncamlardan irəli gələn məsələləri həll etməlidir. 

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
+12°C
  • $ USD
    1.7369
  • € EUR
    1.8716
  • ₽ RUB
    0.0274